Azərbaycanda süd və süd məhsulları bahalaşdı – səbəb?

Date:

Paylaş:

Azərbaycanda süd və süd məhsullarının qiymətlərində bahalaşma müşahidə edilir.

Bahalaşma xüsusən “Milla” məhsullarında daha çox nəzərə çarpır, eyni zamanda, “AzerSüd”, “PalSüd” məhsullarının qiyməti də qalxıb.

Konkret olaraq, “Milla”nın qiyməti (2,4%-lik, 1 litr) 1.74 manatdan 1.94 manat qalxıb. “Milla” xamaları (20%-lik, 300 qram) yanvarın əvvəli 1,56 AZN-ə, ortası 1,77 AZN-ə, fevralın əvvəli isə 1,96 AZN-ə qalxıb. Həmin xamanın 25%-liyinin qiyməti isə 1,60 AZN-dən 2,15 AZN-ə yüksəlib. “Atena” (2,4%, 1 litr) 1,95, “PalSüd” (2.4%, 1 litr) 2.07, “AzərSüd” (1,5%, 1 litr) 1.79 manatdır.

Başqa sözlə, son 1-2 ayda yerli məhsullar təxminən 10-20 qəpik bahalaşıb. Bəs bunun səbəbi nədir?

Nəzərə alsaq ki, yerli istehsalın böyük bir hissəsi quru süddən hazırlanmış məhsulların payına düşür, o zaman qeyd edək ki, buna təsir edə biləcək amillər çox azdır. Çünki quru süd bahalaşmayıb, Azərbaycanda dolların məzənnəsi sabitdir, yerli bazarda hər hansı dəyişiklik yoxdur. Bunu “oxu.az” adlı mənbə yazır.

Təbii ki, ilkin olaraq, mal və məhsulların qeydiyyatı, yəni uçotun şəffaflaşdırılması amilinin bazardakı qiymətlərə təsiri diqqətə çarpır. Uçotun düzgün qurulması bu sahədəki istehsalçıların “kölgə gəlirləri”nə müəyyən dərəcədə təsir etməyə başlayıb.

Bundan başqa, ölkədəki məhsulların tərkibi ilə bağlı da nəzarət gücləndirilib. Belə ki, məhsulların etiketlərində qeyd edilən yağlılıq dərəcəsi və digər qatqıların yerində olması da istehsalçıları bir qədər “əziyyətə” salıb. Xüsusən süd və süd məhsullarının yağlılıq dərəcəsi üzrə göstəricilər və istifadə olunan yağların mənşəyi ilə bağlı məsələlər də məhsulların qiymətinə təsir edib.

Əvvəllər daha çox spred yağlardan, yəni palma yağlarından istifadə edən istehsalçılar, indi göstərdikləri rəsmi keyfiyyət parametrləri üzrə məhsul istehsal edərkən xərcləri artdığından bu da qiymət artımına təsir edib.

Bundan başqa, Azərbaycanda heyvandarlığın yem problemi var və bu da öz növbəsində təbii süddən hazırlanan məhsulun maya dəyərinə təsir edir. Amma o da faktdır ki, rayonlardakı fərdi təsərrüfatlarda südün qiyməti qalxmayıb. Məsələn, Şirvanda südün 1 litri pərakəndə halda 60 qəpikdən, topdan isə 50 qəpikdən satılırdı və ötən 1-2 ayda qiymətlər dəyişməyib. Burada yalnız mövsümi amil, yəni qışda süd istehsalının aşağı düşməsi müəyyən qədər rol oynayır.

Qeyd edək ki, Azərbaycanın süd məhsulları bazarında müəyyən qədər inhisarçılıq əlamətləri də var və bunu qiymətlərin artım tendensiyasını izləməklə görmək olar.

“Gilan Holdinq”dən aldığımız məlumata görə, artıq “Milla” brendi onlarda deyil, başqa tabeçiliyə məxsusdur. Onlarda qalan brend isə “AzərSüd”dür. Şirkət qiymətin bahalaşması ilə bağlı məsələdən xəbərdar olmadığını, lakin araşdırıb məlumat verəcəklərini deyib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...