Azərbaycanda noutbukların satışı artıb

Date:

Paylaş:

Bu ilin avqust ayı ərzində portativ kompüterlərin (noutbuk və netbukların) Azərbaycanda bazar payı 0,65 faiz bəndi artıb.

“Global Stats” Statistika Mərkəzinin məlumatına görə, noutbukların bazar payı sentyabrın 1-nə 57% təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,5 faiz bəndi azdır.

Mərkəzin məlumatına əsasən, cari ilin avqust ayı ərzində ölkə üzrə masaüstü kompüterlərin bazar payı iyul ayı ilə müqayisədə 0,55 faiz bəndi azalaraq sentyabr ayının 1-nə 41,7% təşkil edib. Bu isə ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 5,44 faiz bəndi çoxdur.

Hesabatda sentyabr ayının 1-nə olan məlumata görə, ölkə üzrə planşet kompüterlərin bazar payı 1,37% təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə isə 0,94 faiz bəndi azdır. Bu seqment üzrə avqust ayı ərzində (iyul ayı ilə müqayisədə) 0,08 faiz bəndi azalma müşahidə olunub.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...