E-kassadan istifadənin mümkün olmadığı hallar aşağıdakılardır:
        – Dövlət reyestrinə daxil edilmiş e-kassanın parametrləri dəyişdirildikdə;
        – Unikal identifikatora (fiskal İD) malik çeki çap etmək mümkün olmadıqda;
        – E-kassa yararsız hala düşdükdə;
        – E-kassanın zavod və ya seriya nömrəsi dəyişdirildikdə;
        – E-kassanın zavod və ya seriya nömrəsi açıq açarın texnoloji sertifikatında göstərilən nömrə ilə uyğun gəlmədikdə;
        – Qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində nəzarət mexanizmi qurğusunda olan məlumatların Vergilər Nazirliyinə ötürülməsi mümkün olmadıqda;
        – Nəzarət mexanizmi qurğusunda olan məlumatların dəyişdirilməsi məqsədilə hər hansı əməliyyat aparıldıqda;
        – Nəzarət mexanizmi qurğusunun sertifikat müddəti bitdikdə və ya yararsız hala düşdükdə.
E-kassa çeki yalnız nəzarət mexanizmi qurğusu quraşdırıldığı halda və e-kassa operatoru tərəfindən göndərilmiş PİN kod e-kassa istifadəçi tərəfindən daxil edildikdən sonra çap edilə bilər.