Əsas səhifə Biznes Azərbaycanda maliyyə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların sayı 17% artıb

Azərbaycanda maliyyə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların sayı 17% artıb

628
Paylaş

Azərbaycanda maliyyə və sığorta fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların sayı illik müqayisədə 16,7% artaraq 2018-ci il yanvarın 1-nə 1 719 nəfərə çatıb.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Hesabat tarixinə ölkədə qeydiyyata alınmış fərdi sahibkarların 0,2%-ni maliyyə fəaliyyəti ilə məşğul olanlar əhatə edib.

Qeyd edək ki, ötən ilin sonuna hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 795 min təşkil edib. Fərdi sahibkarların 222 853 nəfəri və ya 28,1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 201 121 nəfər və ya 25,3%-i ticarət, nəqliyyat vasitələrinin təmiri fəaliyyəti ilə məşğul olub. Sahibkarlıqla məşğul olmaq niyyətində olan fərdi sahibkarların əsas hissəsi Bakıda (29,6%), Aran (20,9%), Gəncə-Qazax (14,0%) və Lənkəran (10,1%) iqtisadi rayonlarında qeydiyyata alınıb.