Əsas səhifə Xəbərlər Yerli biznes xəbərləri Azərbaycanda İngiltərənin “təyyarə” dizaynlı oteli açılıb

Azərbaycanda İngiltərənin “təyyarə” dizaynlı oteli açılıb

31
Paylaş

Azərbaycanda “Aviator Hotel” qeydiyyatdan keçib.

Bizplus.az xəbər verir ki, yeni yaradılacaq bu otelin nizamnamə kapitalı 10 manatdır.

“Aviator Hotel” MMC Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağa oğlu ev.7 m.86 ünvanında fəaliyyət göstərəcək.

27 yanvar tarixində dövlət qeydiyyatına alınan otelin qanuni təmsilçisi İsmayılov Eldar Rəcəbli oğludur.

Qeyd edək ki, “Aviator” London və dünyanın aparıcı səyahət yerləri arasında hərəkət edən səyahətçilər üçün bir oteldir.

Farfborough, Hampshire-də Londonun yaxınlığında yerləşən Aviator 2008-ci ildə son dövrlərdə ən çox diqqət çəkən dizayn otellərindən biri olaraq açılıb.