Les Roches`daki təhsil ona geniş karyera imkanları qazandırır

Date:

Paylaş:

Universitet və ixtisas seçimi gələcək karyera üçün həyatınızı dəyişə biləcək vacib addımlardan biridir . Bu məsələyə bütün məsuliyyətlə yanaşmaq lazımdır. Bir gənc gələcək peşənin bütün çətinliklərini dərk etməli və müasir əmək bazarında geniş rəqabət qarşısında dayanmağın nə qədər çətin olduğunu başa düşməlidir. Biliklərinizi daim inkişaf etdirmək, yeniliklərlə maraqlanmaq və özünü inkişaf etdirmək lazımdır.

Qonaqpərvərlik (Hospitality) sahəsindəki qabaqcıl universitetlərdən birinin olan Les Roches Universitetinin məzunu Fərhad Əhədovla ilə müsahibəni təqdim edirik. Fərhad təhsilindən, tələbə həyatındakı çətinliklərdən və ən əsası Les Roches`daki təhsilin ona qazandırdığı karyera imkanlarından bəhs edir.

-Qısaca özünü təqdim et. Harada anadan olmusan, harada böyümüsən, uşaqlıqda arzun nə olub?

-Adım Fərhad Əsədovdu. 22 yaşım var. Mən Azərbaycanda anadan olmuşam, amma həyatımın böyük hissəsini Tbilisidə (Gürcüstan) keçirmişəm. Uşaqlıqdan şəxsi biznes sahibi olmaq istəmişəm. Demək olar ki, birinci biznesim anamın rəfiqələrinə onun çəkdiyi şəkilləri satmaq olub. İllər keçib, həyatımda çox şey dəyişib, amma mən hələ də arzuma sadiqəm! Amma indi, qonaqpərvərlik sahəsinin aparıcı universitetində təhsil alandan sonra, o, daha da aydın görünür – restoran və ya otel açıb, gələcəkdə onu şəbəkəyə çevirmək istəyirəm.

– Les Roches`a necə müraciət etmisən və niyə görə həyatını qonaqpərvərliklə bağlamağa qərar vermisən?

– Sonuncu sinifdə oxuyanda və harada oxumaq kimi vacib qərar qəbul etmək zamanı çatanda, mən universitetlərə qəbulla məşqul olan agentliyə müraciət etdim. Seçimdə tərəddüd edərkən, valideynlərim bu universitetdə oxumağıma təkid edirdilər, çünki təhsil müddətində tələbə iki dəfə praktikadan keçərək, universiteti iş təcrübəsi və iş təklifi ilə bitirir. Mən isə son qərarımı 2015-ci ildə Bakıda keçirilmiş prezentasiyada verdim. Məni, artıq öz biznesini idarə edən (mənim arzumu unutmayın) məzunun hekayəsi çox ilhamlandırmışdı. Bundan əlavə həmin gün mən təsadüfən Les Roches`in rəhbərliyi ilə şam yeməyinə düşdüm. Orada sonradan müxtəlif vəziyyətlərdə mənə dəstək olan Sommet Education Şirkətini icraçı direktoru Yuliya Tokareva da iştirak edirdi. Mənə etdiyi hər şeyə görə ona minnətdaram.

– Birinci semestr və Les Roches`ə gəlməyinlə bağlı hansı xatirələrin qalıb? Həyatının yeni və vacib mərhələsi necə başlamışdı?

– Les Roches-dəki ilk semestrim gözəl tələbə həyatı ilə bağlı bütün mifləri dağıtdı. Mətbəxdə barmaqlarımı yandırırdım və kəsirdim, qabları yuyurdum, xəmir yoğururdum və hətta zibilləri ayırırdım! Hər səhər görüşümüzün yoxlanılması ilə başlayırdı: köynəyin təmiz olması, corabların rəngi və üzün qırxılması. Zala çıxartdığım elə ilk qızılbalıq yeməyi gözlənilməz şəkildə yerə düşdü. Başqa universitetlərdə oxuyan tələbə dostlarım çox vaxt soruşurdular: bu nəyinə lazımdır – döşəməni yumaq, balığın sümüklərini ayırmaq, üzüm və ədviyyat növlərini öyrənmək, Axı mən universitetdə oxuyuram və oturub kitab oxumalıyam. Ancaq indi başa düşürəm ki, universitetdə öyrəndiyimiz bilik və bacarıqlarımız bizə əsl menecer və rəhbər olmağa kömək edir, çünki biz işimizin bütün incəliklərini içəridən bilirik

– Təhsil zamanı hansı çətinliklərlə qarşılaşdın? Onları necə həll edə bildin?

– İndi geriyə baxanda mənə elə gəlir ki, heç bir çətinlik yox idi. Lakin, kəsəkbalığı mürəkkəbi və tərəvəzli lazanya hazırlamalı olduğum El Olivo Lunchdakı (Les Roches Marbella kampusundakı 4 restorandan biri) imtahan yadıma düşür (üstəlik xəmiri də əllə bükmək lazım idi). Bu mənim üçün əsl imtahan idi, çətinlik çəkdim, amma bacardım və anam yeməklərimin şəkillərini göstərməyimi istədikdə, bunu etməməyə qərar verdim, imtahandan keçdim və tamam.

– Ən sevdiyin fənlər hansılar idi?

– Fikirimcə, ən faydalı fənn HR və maliyyə və xidmətlə bağlı fənlər idi (daha çox müəllimlərimin sayəsində).

– Müəllimlərin hansı ölkələrdən idi?

– Les Roches bir böyük beynəlxalq cəmiyyətdir və bu yalnız tələbələrə deyil, müəllimlərə də aiddir. Universitetdə oxuduğum müddətdə İspaniya, Rumıniya, Belçika, Şotlandiya, Mərakeş, Pakistan, Hollandiya və başqa ölkələrdən olan müəllimlərim var idi.

– Qonaqpərvərlik sənayesində işləməyin nə demək olduğunu başa düşməyən bir insana bunu necə izah edərdin?

– Bunu izah etmək çətindir, çünki bunu, bu sahədə işləyəndən sonra həqiqətən də başa düşmək olar. Amma əminliklə bir şeyi deyə bilərəm, qonaqpərvərlik sahəsində əsas olan insanlara münasibətdir! Anantara Villa Padierna Palace Benahavís Marbella Resort`un Baş Meneceri Jorge Manzur öz məzun günü dediyi kimi, görünməyən insan yoxdur, elə işləyin, sanki 5 ulduz otelə yox, Sizə verilib!

– Bakalavr proqramında təhsil aldığın 3,5 il ərzində biznes fənləri keçmisənmi, keçmisənsə, hansıları?

– Sonuncu semestrdə mən Sahibkarlıq ixtisasını seçdim və Maliyyə, İnvestisiyaların qaytarılması, Biznesin planlaşdırılması, Kiçik və orta sahibkarlığın idarə edilməsi fənlərini keçmişəm.

– Praktikanı harada və hansı vəzifədə keçmisən? Təcrübə sənə hansı bacarıqlar verdi və həm real, həm də peşəkar həyatda nə öyrəndin?

– İlk təcrübəm Dubaydakı JW Marriott-da, ön ofis agenti vəzifəsində idi. Bu, peşəkar qonaqpərvərlik sənayesi ilə ilk, həqiqi tanışlığım idi və yəgin buna görə, ən parlaq xatirələrim də bu dövrlə bağlıdır. Komanda və Ön Ofis Menecer ilə bəxtim gətirmişdi, o, ilk gündən vəzifələrimi və təcrübəmin sonunda hansı bacarıqları inkişaf etdirməli olduğumu izah etmişdi. İkinci təcrübəm Tiflisdə, VIP Qonaq Əlaqələri Administratoru vəzifəsində Casino Iveria-da oldu. Yenə həm komanda, həm də menecerlə baxtim gətirdi. Burada otel və kazino arasında əlaqədər şəxs oldum. Əvvəlki iş təcrübəm və təhsilim tez uyğunlaşmağa və dəyərli təcrübə qazanmağa kömək etdi. Bu, həm mənim üçün, həm də Les Roches`un hər hansı bir tələbəsi üçün yeni və qeyri-adi bir təcrübə idi. İlk təcrübədən sonra məktəbə qayıtmaq mənim üçün asan olmadı, işləməyə davam etmək və artıq praktikada yeni şeylər öyrənmək istəyirdim. Bu mənə nə verdi: daha müstəqil oldum, gəlirlərimi və xərclərimi necə planlaşdırmağı və ümumiyyətlə həyatı sıfırdan yeni bir yerə qurmağı öyrəndim.

– Les Roches`də adi bir günü (mümkündürsə) təsvir et.

– Les Roches`da bir günün digəri kimi olmadığını vurğulamaq vacibdir! “Adi” sözü Les Roches üçün heç uyğun deyil, hətta əksinə. Les Roches`də bir gün təhsil və təcrübə, eniş və yüksəlişlər, yenilik və unikallıq və, əlbəttə ki, sevinc və gülüş deməkdir. Buna görə də Les Roches`də adi bir günü təsvir etmək mümkün deyil.

– Fərqlənmə diplomu almaq sənin üçün nə deməkdir və gələcəkdə bundan necə istifadə edəcəksən?

– Mənim üçün diplom bir mərhələnin bitməsinin və yeni bir həyatın başlanmasının təsdiqidir. Ümid edirəm ki, belə nüfuzlu universiteti bitirməyim gələcəkdə uğurlu karyera qurmağa və arzularımı reallaşdırmağa kömək edəcək.

– Planların nədir? İşə düzəlmisən? Hara? Hansı vəzifəyə?

– Amerikada, Filadelfiya şəhərində Sofitel oteli ilə Təlimdə Ön Ofis Meneceri vəzifəsinə işə düzəldim.

– Səncə, böyük bir lüks beynəlxalq şəbəkə otelinin baş meneceri olmaq üçün nə etmək lazımdır? Buna nail olmaq üçün əsas peşə və şəxsi keyfiyyətlər hansılardır?

– İlk öncə, işinizi bilməlisiniz, yəni peşəkar olmalısınız. İşinizi sevməlisiniz, başqalarına ilham verib, onlara nümunə olmalısınız. Əsl lider olmalısınız, çünki əsl liderlər izləyiciləri deyil, liderləri yetişdirir.

– Les Roches haqqında həmvətənlərinə qısaca nə deyərdin?

– Les Roches – həyat tərzidir! Bu ürəyinizcədirsə, xoş gəlmisiniz!

Çox sağ ol, Fərhad. Sənə yeni işində uğurlar arzu edirəm.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...