Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər Azərbaycan yanvar-sentyabr aylarında əczaçılıq məhsullarının idxalını 55,5% artırıb

Azərbaycan yanvar-sentyabr aylarında əczaçılıq məhsullarının idxalını 55,5% artırıb

332
Paylaş

2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana $221 mln. 845,41 min dəyərində əczaçılıq məhsulları idxal olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

«Cari ilin yanvar-sentyabr aylarında respublikaya $221 mln. 845,41 min dəyərində 12 min 382,59 ton əczaçılıq məhsulu idxal edilib», – deyə məlumatda bildirilir.

2017-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana $142 mln. 657,6 min dəyərində 8 min 536,51 ton əczaçılıq məhsulu gətirilib.

Beləliklə, cari ilin 9 ayı ərzində sözügedən məhsulların ölkəyə idxalı miqdar ifadəsində 45,1%, dəyər ifadəsində 55,5% artıb.

2017-ci ildə Azərbaycana $249 mln. 15,83 min dəyərində 15,65 min ton əczaçılıq məhsulları idxal olunub.