Microsoftun həmtəsisçisi Paul Allen vəfat edib

Date:

Paylaş:

Microsoftun həmtəsisçisi və dünyanın ən zəngin adamlarından biri olan Paul Allen, Seattleda vəfat edib. Oktyabrın əvvəllərində o, həkimlərin onda  xərçəng xəstəliyi aşkar etdiyini bildirmişdi.

Banker.az Vulcan Inc şirkətinin mətbuat xidmətinin məlumatına istinadən, həyatın 66-cı ilində sahibkar Paul Allenin ABŞ-da öldüyünü xəbər verir. 1975-ci ildə Microsoftu Bill Qeytslə birlikdə qurublar.

«Dərin təəssüflə  qurucumuz Paul Allenin ölümünü xəbər veririk, Cənab Allen, 15 Oktyabr 2018-ci il bazar ertəsi günorta saatlarında Seattleda  xəstəliyinin  ağırlaşmasından sonra vəfat edib »-şirkətdən bildirilir.

«Paulla işləmək şərəfinə layiq olan hamımız bu gün çətin itki hissini keçiririk .O, böyük bir ağıl və ehtiras sahibi idi, dünyanın ən çətin problemlərini, yaradıcı düşüncə və yeni yanaşmalara olan inancı ilə həll edirdi », Vulcan Inc baş direktoru Bill Hilf Allenin ölümünə münasibət bildirib.

Paul Allen 1953-cü ildə anadan olub və uşaqlıqdan elektronika ilə maraqlanıb.Məktəbdə proqramlaşdırma dərslərində Bill Gates ilə tanış olub. Məktəb yoldaşı ilə proqramlaşdırma və kompüter texnologiyası işinə başlayıb. 1975-ci ildə Allen və Geyts birgə Microsoft-un səhmlərini  36% Alendə  64% Gatesdə olmaq nisbətində bölüşdürüblər.

Allen 1983-cü ildə Microsoft-dan ayrılıb, həkimlər ilk dəfə xərçəng diaqnozu qoyduqdan sonra səhmlərin bir hissəsini və idarə heyətində yerini saxlayıb. Şirkətdən ayrıldıqdan sonra o, xəstəliyi məğlub edə  bilmişdi. Allen texnologiya startuplarına investisiya qoyaraq, investisiya işini davam etdirirdi. Bundan əlavə, Seattle Seahawks futbol klubuna və Portland Trail Blazers basketbol klubuna sahib idi.

Oktyabr ayının əvvəlində Allen yeni xərçəng diaqnozu qoyulduğunu bildirdi. «Son doqquz il ərzində tibb əhəmiyyətli tərəqqiyə imza atıb. Həkimlər optimist və müalicənin ilk seanslarından sonra müsbət bir irəlləyiş görürlər», – deyə sahibkar vəziyyəti barədə danışmışdı.

 

Forbes, Allenin sərvətini 20,3 milyard dollar olaraq qiymətləndirərək, iş adamını dünyanın ən zəngin insanların siyahısında 44-cü, ən zəngin Amerikalıların siyahısında isə 18-ci sırada qoyurdu.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...