Əsas səhifə Şirkətlər Azərbaycan şirkəti Yunanıstanda uğurlu tədbir həyata keçirdi

Azərbaycan şirkəti Yunanıstanda uğurlu tədbir həyata keçirdi

416
Paylaş

28-29 noyabr 2017-ci il tarixində Yunanıstanın paytaxtı Afina şəhərində Azərbaycan şirkəti olan “FA International Trade Events”in təşkilatçılığı və “Beynəlxalq Gəmiqayırma Mühəndisliyi Assossiasiyası” (ISES), “Baltik ölkələri Limanları Təşkilatı” (BPO), “Yunan Gəmiçilik Komitəsi” (GSC), Türkiyə Gəmi İnşaatı Sənayeçiləri Birliyi (GISBIR), Avropa Dəniz Limanları Təşkilatı (ESPO), Beynəlxalq Gəmiçilik&Ticarət Asossiasiyası (WISTA) kimi beynəxalq qurum və təşkilatların rəsmi dəstəyi ilə “Beynəlxalq Yaşıl Gəmiçilik və Texnologiya” mövzulu sərgi-konfransı keçirilmişdir. 200-ə yaxın beynəlxalq şirkət nümayəndəsinin iştirak etdiyi sərgi-konfransda beynəlxalq səviyyədə əməkdaşlıq müqavilələri bağlanmış, biznes görüşləri baş tutmuş və tədbirdə yaddan qalan çıxışlar edilmişdir. Avropanın bir sıra ölkələrinin, həmçinin Yunanıstanın nazirlik nümayəndələri də tədbirdə iştirak etmiş və tədbiri yüksək qiymətləndirmişdirlər.

Qeyd etmək lazımdır ki, bu şirkətin ilk uğurlu tədbiri deyil. Bundan öncə 17-18 mart 2017-ci ildə “FA İnternational Trade Events” tərəfindən Bakı şəhərində “Beynəlxalq MDB Neft və Qaz sammiti” uğurla təşkil edilmişdir.

“FA International Trade Events” şirkət təşkil etdiyi tədbirlərdə daim ölkə rəhbəri Cənab Prezident İlham Əliyevin fərman və sərəncamlarını rəhbər tutmuş və fəaliyyətini bu istiqamətdə aparmağı qarşısına məqsəd qoymuşdur. Buna əsasən şirkət 17-18 aprel 2018-ci tarixində  Bakı şəhərində “Beynəlxalq MDB Rəqəmsal Bankçılıq və Təhlükəsizlik” mövzulu sərgi-konfransı təşkil edəcəkdir. Sərgi-Konfrans “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin tədbirlər planına istinad olaraq bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi üçün tənzimləmə mexanizminin təkmilləşdirilməsi istiqamətində görüləcək işlərin bir hissəsidir. Maliyyə sektoru və ölkə iqtisadiyyatı xarici innovativ bankların, maliyyə texnologiya şirkətlərinin qlobal “nou-hau”, xüsusən də məlumatların emalı, təkmil risk idarəetməsi və məhsul çeşidi sahəsində qabaqcıl təcrübələrdən faydalanacaq.

Yunanıstanda keçirilən tədbirin qısa icmalı ilə aşağıdakı video-materialdan tanış ola bilərsiniz.

banco.az