Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər Azərbaycan “Qastronomiya turizmi” nominasiyasında ilk üçlüyə daxil olub

Azərbaycan “Qastronomiya turizmi” nominasiyasında ilk üçlüyə daxil olub

273
Paylaş

Azərbaycan “National Geographic Traveller Awards 2018” ən populyar istiqamətlər reytinqinin “Qastronomiya turizmi” nominasiyasında ilk üçlüyə daxil olub.

Trend-in məlumatına görə, onlayn-səsvermə “National Geographic”in rusdilli saytında 22 iyun-12 oktyabr tarixlərində keçirilib.

Birinci yerdə 34 faiz səslə Özbəkistandır, İtaliya 21 faiz səslə ikinci yerdə qərarlaşıb. Ölkəmizə sorğu iştirakçılarının 17 faizi səs verib, dördüncü yerdə 13 faiz səslə Fransadır.

Cənubi Koreya, İsveç və Ermənistan 10 faizdən az səs toplayıb.