Azərbaycan kəndlisi məhsulunu birjada satacaq

Date:

Paylaş:

Dövlət Aqrar Ticarət Şirkəti aqrar birja açacaq. Birjada kənd təsərrüfatı məhsulları satılacaq.

Şirkətin İnformasiya və ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Mayis Musayev bildirib ki, hazırda aqrar birjanın proqram təminatı məsələsi həll olunur.

M.Musayev qeyd edib ki, ilkin mərhələdə aqrar birjanın ölkə daxilində işləməsi planlaşdırılır. İnternet vasitəsilə birjaya qoşulan istənilən fermer öz məhsulu, onun tonu, növü, qiyməti və fotolarını səhifəsinə yükləyəcək.

Hətta fermerlərin təqdim etdiyi qiymətlər əsasında məhsul növü üzrə diaqram da hazırlanacaq.

Potensial müştərilər isə bu platforma vasitəsilə istədikləri məhsulu seçə və elə birjada ilkin razılıq əldə edə bilərlər.

M.Musayevin sözlərinə görə, aqrar birjanın mobil əlavəsi də hazırlanır və artıq kənd təsərrüfatı məhsullarının satıcıları və alıcıları vahid platformada birləşəcək.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...