Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər Azəbaycanda əhali ötən il 39 milyard manatlıq alış-veriş edib

Azəbaycanda əhali ötən il 39 milyard manatlıq alış-veriş edib

55
Paylaş

2019-cu ildə pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin səviyyəsini müqayisəli qiymətlərlə 3,6% üstələyərək 39,4 milyard manata bərabər olmuşdur. Ticarət dövriyyəsinin 20,0 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 19,4 milyard manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2018-ci ilə nisbətən real ifadədə müvafiq olaraq 3,2% və 4,0% artmışdır.

Hesabat ilində məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:

Məhsul qruplarının adlarıSatışdan gəlir, milyon manatla2018-ci ilə nisbətən, faizlə
Pərakəndə ticarət dövriyyəsi39 391,7103,6
o cümlədən:
ərzaq məhsulları18 048,0103,3
içkilər və tütün məmulatları1 919,4101,7
toxuculuq məhsulları, geyim və ayaqqabılar6 910,9104,1
elektrik malları və mebellər2363,0103,2
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları342,6102,9
əczaçılıq və tibbi mallar528,1103,6
avtomobil yanacağı2 310,5102,7
digər qeyri-ərzaq məhsulları6 969,2104,6

Hesabat ilində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,8%-i ərzaq məhsullarının, 4,9%-i içkilər və tütün məmulatlarının, 17,5%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,0%-i elektrik malları və mebellərin, 5,9%-i avtomobil yanacağının, 1,3%-i əczaçılıq və tibbi malların, 0,9%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,7%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur.

2019-cu ildə istehlak məhsullarının dəyər ifadəsində 21,0%-i ticarət müəssisələri, 52,0%-i fərdi sahibkarlar tərəfindən, 27,0%-i isə bazar və yarmarkalarda satılmışdır. 2018-ci illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 29,5%, fərdi sahibkarlar üzrə 1,8% artmış, bazar və yarmarkalarda isə 7,6% azalmışdır.

Hesabat ilində əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 331,4 manat və ya 2018-ci ilin müvafiq göstəricisindən nominal ifadədə 16,6 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 168,0 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 163,4 manatlıq qeyri-ərzaq məhsulları almışdır.