Məhşur “Kinder-Surprise” şokoladının qısa tarixçəsi

Date:

Paylaş:

Hər birimizə çox yaxşı tanış olan “Kinder-Sürpriz”in yaranma tarixi Turin şəhərində Pietro Ferrero ailəsinə gedib çıxır.

İlk “sürprizlər”in içində bal və ləpə olub. Müharibədən sonrakı dövrdə onlar uğur qazanırlar və şəhər meriyası bu istehsalata maraq göstərir. Bu, sözügedən şirniyyatın və un məmulatları istehsalı ilə məşğul olan Ferrero ailəsinin nüfuzunun başlanğıcı olur.

1946-cı ildə Pietro, sonralar Ferrero qənnadı fabrikinə çevrilən laboratoriya yaradır. Məhşur “Kinder-Sürpriz” ideyası isə oğlu Mişelə məxsus olur.

Uşaq vaxtı süd sevməyən Mişel 20 il, yarısı süddən olan xoş dada və qoxuya malik bir məhsul yaratmaq arzusu ilə yaşayıb. Amma bu gənc bunu sadəcə arzu etməyib, qarşısına qəti məqsəd qoyub – belə bir təam hazırlamaq.

1974-cü ildə hamımıza tanış görünüşə malik “Kinder-Sürpriz” meydana gəlir. Onun konsepsiyası o zamandan bəri hələ də dəyişməyib.

“Sürprizlər”in ilk partiyası bir saat içində satıldı. Onu nəinki uşaqlar hətta onların valideynləri də gözləyirdilər. Mişel qətiyyətli biri olmaqla yanaşı həm də çox kreativ və yaradıcı idi. Ona görə də kinder-şokoladı sürpriz oyuncaqlar seriyası ilə tamamlamaq qərarına gəlir. Onun ideyasını dizayner Henry Rotu reallaşdırır.

İllər sonra  Ferrero yeni uşaq konfetləri seriyasını hazırlayır: isti ölkələr üçün – Kinder Joy, tərkibində südün miqdarı çox olan Kinder MaxiKing və Kinder Pingui konfetləri.

Fərqli istəkləri olan insanların tələblərinə cavab verə bilmək bacarığı, adi şeylərə qeyri-adi yanaşma qabiliyyəti və qətiyyət – bütün bunlar kinder-sürprizin dünyanın ən sevimli təamlarından birinə çevrilməsinə səbəb oldu.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...