Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Avropaya yeni aşağı qiymətli “BlaBlaBus” avtobusu gəlib

Avropaya yeni aşağı qiymətli “BlaBlaBus” avtobusu gəlib

143
Paylaş
BlaBlaBus
BlaBlaBus

Avtobusla daşınma Avropa bazarına yeni aşağı qiymətli “BlaBlaBus” avtobusu daxil olub. Şirkətin qurucusu məşhur yol yoldaşları axtarışı xidməti “BlaBlaCar”-dır. Şirkət ilk reysini 2019-cu ilin 11 iyununda gerçəkləşdirib.

Bu barədə lowcostavia məlumat verir.

“BlaBlaBus” ilin sonuna kimi Avropa üzrə 70 marşrut buraxmağı planlaşdırır.

“BlaBlaBus”-da gediş qiyməti

Avropa bazarında işə başlamaqla “BlaBlaBus” bir istiqamətdə gedişlə 0.99 avrodan Avropa üzrə bilet satışını həyata keçirir.

Berlin – Frankfurt bir istiqamətdə 0,99 avrodan,

Drezden – Hamburq bir istiqamətdə 0,99 avrodan,

Frankfurt – Leytspiq və ya Berlin bir istiqamətdə 0,99 avrodan,

Münxen – Berlin bir istiqamətdə 0,99 avrodan və s.

“BlaBlaBus” üçün ucuz biletləri hardan almaq olar

Biletləri BlaBlaBus.com şirkətinin saytından əldə etmək olar

“BlaBlaBus” interaktiv kartında ucuz gediş istiqaməti axtarmaq daha rahatdır.Şəhərin üstünə klik edəndə qiymətlə birlikdə uyğun marşrutlar görünür.

“BlaBlaBus” avtobuslarında xidmət

Wi-Fi,

Ayaq uzatmaq üçün əlavə yer,

Enerji yuvası və USB-portlar,

Baqaj.

Baqaja dair tələblər

Baqajın hündürlüyü, eni və dərinliyi 200 sm.-dən çox ola bilməz. L + W + D < 200 sm., maksimal yük 20 kq.

Kiçik çantaları oturacaqların altındakı rəfdə yerləşdirmək olar.