Lixtenşteyn rəhbəri knyaz II Hans Adam Avropanın ən varlı monarxıdır.
Banker.az Bloomberg agentliyinə istinadən xəbər verir ki, knyazın sərvəti təqribən 4,4 milyard dollar olaraq qiymətləndirilir. Hans Adam agentlik tərəfindən tərtib edilən qlobal milyarderlər reytinqində 444-cü pillədə yer alır.
Müqayisə üçün qeyd edək ki, Böyük Britaniya kraliçası II Yelizavetanın sərvəti 380 milyon dollar təşkil edir.
Knyaz sahib olduğu pulların əksər hissəsini özəl LGT Group bankı hesabına qazanıb. Belə ki, LGT Group bütün dünya üzrə yüksək sərvətə sahib insanlara xidmət göstərilməsi ilə məşğul olur. Kredit təşkilatının bazar kapitalizasiyası cari ildə 64 faiz artıb.