Yenidən dünyanın ən varlı adamı oldu

Date:

Paylaş:

Sərvəti 92,8 milyard dollara çatan Cef Bezos (Jeff Bezos), 27 İyuldan sonra yenidən Microsoft banisi Bill Qeytsi (Bill Gates) geridə qoydu. 

ABŞ-ın elektron ticarət nəhəngi Amazon-un qurucusu Cef Bezos, yenidən dünyanın ən varlı adamı oldu.

“Marja”xəbər verir ki, Amazon-un, bu ilin üçüncü rübündə gəlirlərinin ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 34 faiz artdığını açıqlamasından sonra, şirkətin qiymətli kağızlarına tələbat artıb.

Dünən Nyu-York Birjasında Amazon-un  səhmləri 13,3 faiz bahalaşıb və şirkətin səhminin dəyəri şirkət tarixindəki ən yüksək səviyyə olan 1105 dollara qədər qalxıb.

Nəticədə Bezos sərvətinə 10 milyard dollar əlavə edib. Forbes-in “Dünyanın Milyarderləri Siyahısına” görə onun cəmi sərvəti 92,8 milyard dollara çatıb.

Beləliklə, 53 yaşlı milyarder Cef Bezos, Microsoft-un banisi və 90 milyard dollarlıq sərvəti olan 61 yaşındakı Bill Qeytsi geridə qoyaraq “dünyanın ən varlı adamı” adını təkrar əldə edib.

Bezos, Qeytsi 27 İyul tarixində də keçərək dünyanın ən varlı adamı olmuş, ancaq bu adı əldə etdikdən 8 saat sonra həmin gün itirmişdi.

AMAZAON 4-CÜ YERDƏDİR

Amazon-un səhmlərinin bahalaşması ilə şirkətin bazar dəyəri də 530 milyard dollara çatıb.

Bu nəticə ilə, Amazon dünyanın ən dəyərli 4-üncü şirkəti mövqeyini qoruyarkən, hələ də Microsoft-dan geridə qalır.

Dünyanın ən dəyərli 3-üncü şirkəti olan Microsoft-un bazar dəyəri 646 milyard dollardır.

Dünyanın bazar dəyəri baxımından ən böyük şirkətləri siyahısında birinci yeri Apple, ikinci yeri isə Google-ın ana təşkilatı olan Alphabet tutur.

Forbesin “Dünyanın Milyarderləri Siyahısına” görə də, Amerikalı sərmayəçi Uorren Buffett 3-üncü, İspaniyalı iş adamı və Zara-nın sahibi Amancio Ortega 4-üncü, Facebook-un qurucusu Mark Zuckerberg də 5-ci yerdədir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...