Avropa Komissiyasının məlumatına görə, “Google” Avropa Birliyinin qanunlarını pozur.
Bizplus.az bildirir ki, bu barədə artıq ibtidai istintaq başlayıb. İstintaqın nə qədər çəkəcəyi və nə dərəcədə ətraflı olacağı hələ ki, məlum deyil.
Ancaq istintaqın “Google”ın qanuni prosesi pozduğunu təsbit etməsi təəccüblü görünmür. GPDR (General Data Protection Regulation – Ümumi məlumatların qorunması qaydaları) pozuntusuna görə şirkətin yeni cərimə almaq ehtimalı var.
Qeyd edək ki, “Google”dan sonra Facebook və Twitter üçün də bu araşdırmanın başlayacağı barədə artıq söz-söhbətlər yayılıb. Amma bu vəziyyətlə bağlı heç bir açıqlama verilməyib.