Mixael Şumaxerin “Ferrari F2002” markalı avtomobili Abu Dabidəki hərracda satılıb – FOTO

Date:

Paylaş:

Almaniyalı Mixael Şumaxerin 2002-ci il mövsümündə idarə etdiyi “Ferrari F2002” markalı avtomobil Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidəki hərracda satılıb.

“Bizplus.az”ın məlumatına görə, “Formula 1″də çıxış etmiş sabiq pilot bu avtomobillə 5-ci dəfə dünya çempionu olub. O, məhz bu maşının sükanı arxasında San-Marino, Avstriya və Fransa Qran-prilərində qələbə qazanıb. Ümumilikdə Şumaxer həmin mövsümdə aktivinə 17 yarışda 11 qələbə yazdırıb. Avtomobil 6,6 milyon dollara satılıb.

Qeyd edək ki, Mixael Şumaxer 7 qat dünya çempionudur. O, ilk iki titulunu 1994-1995-ci illərdə “Benetton”da çıxış etdiyi vaxt qazanıb. Sonradan Şuxamer “Ferrari” pilotu kimi 2000-2004-cü illərdə daha dəfə ən güclü olub.

2013-cü ilin dekabrında almaniyalı sabiq pilot dağ xizəkçiliyi kurortunda yıxılaraq başından ağır travmalar alıb. 50 yaşlı idmançının ailəsi onun səhhəti barədə geniş informasiya verməməyi üstün tutur.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...