Qəbələ rayonunda Uşaq Bərpa Mərkəzi tikiləcək.
“Bizplus.az” xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Avalon-12” MMC ilə müqavilə imzalayıb.
Məbləği 2 milyon 980 min manat olan müqavilə Qəbələ rayonunda Uşaq Bərpa Mərkəzinin tikintisi və avadanlıqlarla təchizatı işlərinin satın alınmasını nəzərdə tutur.
2012-ci ildə dövlət qeydiyyatına alınmış və 2010 manat nizamnamə kapitalı olan “Avalon-12” MMC-nin qanuni təmsilçisi Mirzəyev Fariz Dədəş oğludur. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov, ev 100-dür.
Bu ilin oktyabr ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün fərdi evlərin tikintisi işlərini də “Avalon-12” MMC-yə həvalə edib. Bağlanmış müqavilənin məbləği 20 milyon 610 min manatdır.