“Apple” 2019-cu ilin ən yaxşı tətbiq və oyunlarını seçib

Date:

Paylaş:

Nyu-York-da tədbirdə Apple şirkəti İPhone, iPad, macOS və Apple TV üçün ən yaxşı tətbiq və oyunların siyahısını təqdim edib:

İlin ən yaxşı iPhone tətbiqi – Spectre Camera

Qiyməti: 6 azn.

Tətbiq uzun ekspozisiyalı iş üçündür. Məsələn, onun köməyi ilə gecə çəkilişi etmək və ya maşınları, insanları şəkildən təmamilə silmək mümkündür. Bununla, istifadəçiyə smartfonun vəziyyətini tənzimləmək üçün ştativ və ya hər hansısa digər aksesuardan istifadə etmək lazım gəlmir.

Uzun ekspozisiya effekti yaratmaq üçün tətbiq bir neçə saniyə ərzində yüzlərlə şəkil çəkir və sonra maşın təlimi və alqoritmlərin köməyi ilə təhlil edir. Spectre obyektlərdən hansının statik olub hansının olmadığını müəyyən edə bilir və onlar üçün effektlər seçib tətbiq edir.

İlin ən yaxşı iPad tətbiqi – Flow by Moleskine

Qiyməti: yeddi gün ödənişsiz, sonra – ayda 4 azn.

Flow – Qrafit qələmlər, kəsilmiş uclara sahib karandaşlar və bir çox digər variantları olan flomasterlərlə gerçəkliyə çox yaxın rəsm təcrübəsi vermək üçün nəzərdə tutulmuşdur, bu zərif rəqəmsal Notebook app sizin təsvirlərinizə və eskizlərinizə həyat verir.

Tətbiq qatlarla işi dəstəkləmir, amma “ağıllı” seçim və maskaların köməyi ilə  obyektlərlə qarşılıqlı əlaqə yaratmağa imkan verir. Moleskine komandasının sözlərinə görə, Flow peşəkar illüstratorlarla müqayisədə daha böyük auditoriya üçün nəzərdə tutulub.

Flow-da istifadəçi geniş çeşidli sənədlərlə, çoxlu rəng seçimləri və rəsm alətləri ilə işləyə bilər.

İlin ən yaxşı Mac tətbiqi : – Affinity Publisher

Qiyməti: 100 azn.

Affinity Publisher – macOS-da çap materialları iş tətbiqi. Zərif istifadəçi təcrübəsi və olduqca əlverişli qiyməti ilə Affinity Publisher, hər kəsə zəngin fotoşəkillərlə bəzədilmiş bir kitabdan ikinci sinifdə oxuyan uşağınızın teatr oyunu üçün lazım olan broşuraya kimi bütün materiallar üçün peşəkar səviyyədə dizayn əldə etməyə imkan verir.

Affinity məhsulları Adobe-dan yüksək iş sürətinə və alətlər arasında rahat keçidə görə fərqlənir.

İlin ən yaxşı Apple TV tətbiqi – The Explorers

Ödənişsizdir.

Eyni məqsəd üçün çalışan tədqiqatçılar, elm adamları və sənətçilər birliyini dəstəkləmək üçün hazırlanmışdır: The Explorers-in qurucusunun sözlərinə görə, layihənin məqsədi foto və videolar ilə hərtərəfli “vizual inventar” təbiətinin yaradılmasıdır.

İlin ən yaxşı iPhone oyunu – Sky: Children of the Light

Ödənişsizdir, hazır alışları var.

Oyun çox istifadəçilidir və burada qəhrəman  yeddi müxtəlif dünyadan keçməlidir. Bu sosial macəra sonsuz səmada baş verir.

Oyun iPhone və iPad üçündür, amma komanda Android-cihazlar üçün olan versiyasını da buraxmağı planlaşdırır.

İlin ən yaxşı iPad oyunu – Hyper Light Drifter

Qiyməti: 10 azn.

16 bitlik klassik macəra oyunu Hyper Light Drifter-in yenilənmiş versiyası. Layihə The Legend of Zelda-nın kombinasiyası kimi düşünülüb: A Link to the Past və Diablo. Bu oyunu ərsəyə gətirmək üçün onun proqramçısı Kickstarter-də birgə komanda yaradır və nəticədə 600 min dollar yığa bilir.

Oyun ilk olaraq Windows və macOS-da işlənib hazırlanır, 2019-cu ilin iyulunda isə  onun iPad versiyası çıxır.

İlin ən yaxşı Mac oyunu – GRIS

Qiyməti: 20 azn.

Bilməcə oyunu olan GRİS-də oyunçu öz qəhrəmanına çətin itkilərin öhdəsindən gəlməkdə kömək etməlidir.

İlin ən yaxşı Apple TV oyunu – Wonder Boy: The Dragon’s Trap

Qiyməti: 16 azn

Bu oyun 80-ci illərin hamıya yaxşı tanış olan Sega Master System oyunda çıxan Wonder Boy 3-ün yeni variantıdır.

Oyun zamanı istifadəçilər anidən ya oyunun versiyaları arasında keçid edə ya da split-rejimdə oynaya  bilərlər. Bu zaman ekranın bir hissəsində Wonder Boy-un original versiyası, digər bir hissədə isə müasir olanı əks olunur.

İlin ən yaxşı Apple Arcade oyunu – Sayonara Wild Hearts

Apple Arcade-da abunəliklə birlikdə açıqdır.

Bu musiqili oyun Simogo studiyasına məxsusdur. Burada qəhrəman skeytbordda və motosikletdə hərəkət edir və bu vaxt, eyni zamanda həm döyüşür həm də məxsusi olaraq oyun üçün yazılmış musiqi sədası altında oynayır.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...