Əsas səhifə Biznes sahələri Avtomobil Aurus markası kabriolet kuzovlu Senat modelini təqdim edib

Aurus markası kabriolet kuzovlu Senat modelini təqdim edib

133
Paylaş

Bu gün Rusiyanın Aurus markası rəsmi olaraq kabriolet kuzovlu Senat modelini təqdim edib. Kabriolet modelinin üzərindəki işlər iki il davam edib və o Aurus ailəsinin digər modellərindən konstruktiv təkmilləşdirmələr, həmçinin asqı və transmissiyanın unikal tənzimləmələri ilə seçilir.

Təntənəli mərasimlər üçün hazırlanmış avtomobil “Parad Aurus avtomobili” layihəsi çərçivəsində hazırlanıb. Kabriolet sedan ilə maksimal dərəcədə unifikasiya edilib: onlar ümumi güc aqreqatına, ötürmələr qutusuna və şassiyə malikdirlər. Kabriolet sedan kuzovlu Senat modelindən kuzov sərtliyi, 20 millimetr azaldılmış klirens və maksimal rəvan gedişi təmin edən asqı tənzimləmələri ilə fərqlənir. Hərəkət rejimlərini ötürmələr qutusunun yanında yerləşən düymə vasitəsi ilə dəyişmək mümkündür.

 
“Parad” rejmində Aurus Senat Convertible 20 km/saatı aşmayan sürətlə hərəkət edə bilər. Bu rejimdə asqı maksimal yumşaq, ötürmələr qutusunun pillələrinin dəyişməsi isə hiss edilməz olur. Bunları kabrioletin istismar şərtləri tələb edir, çünki onun sərnişinləri praktiki olaraq ayaq üstə və xüsusi dəstəkdən tutaraq dururlar.

Kabrioletin tərkibinə 598 at qüvvəis və 880 Nm fılanma anı hasil edən 4,4-litrlik V8 mühərriki, 40 at qüvvəli elektromotor daxil olduğu hibrid güc qurğusu, doqquz pilləli avtomatik ötürmələr qutusu və tam çəkiş sistemi ilə təchiz ediləcəyini bildirib. Belə qurğuya malik olan sedan 100 km/saat həddinə 6,0 saniyəyə sürətlənir və 250 km/saat maksimal sürət həddinə malikdir.