“Blockchain” dünyanın ən iri pivə istehsalçısına Afrikanın fermerləri ilə biznes aparmağa kömək edir

Date:

Paylaş:

Zambiyalı fermerlər “AB InBev” pivəsi üçün xammal istehsal edirlər, lakin tez-tez lakin tez-tez iş proseslərini çətinləşdirən bankların xidmətlərindən istifadə edə bilmirlər. Bu halda “blockchain” onların köməyinə gəlir.

“Blockchain” və pivə oyunun qaydalarını dəyişə bilər, xüsusilə də kassava bitkisinin yetişdirilməsi ilə məşğul olan Zambiyalı fermerlər üçün. Hal-hazırda “AB InBev” şirkəti “blockchain” layihələr üzərində çalışır. Qeyd etmək lazımdır ki, şirkət dünyanın ən nəhəng pivə istehsalçılarından biridir.

2015-ci ildə “AB InBev” in törəməsi olan “Zambian Breweries” şirkəti, kassava bitkisinin əsasında hazırlanan yeni pivə markasını satışa buraxdı. Kassava – Afrika regionunda, xüsusilə Zambiyada karbohidrogen ehtiyatları ilə zəngin olan və yüksək qiymətləndirilən bitkidir. Buna baxmayaraq, bu bitkidən təkcə iri istehsalçılar deyil, eyni zamanda yerli fermerlərdə aktiv şəkildə istifadə edirlər. Onlarla əməkdaşlıq etməyə başlamış “AB InBev”, bir çox çətinliklərlə üzləşmiş olub. Belə ki, biznes-prosesi çətinləşdirən əsas amillərdən biri, fermerlərin əksəriyyətinin bank xidmətlərinə çıxışı olmaması idi.

Ona görə 2018-ci ildə “ AB InBev” şirkəti BanQu adlı “blockchain” platforması ilə əməkdaşlıq etməyə başlayır. Bu platforma inkişaf etməkdə olan ölkələrdə insanlara kömək edərək, bank xidmətlərinə çıxışı təmin edir.

BanQu platformanın köməyi ilə “Zambian Breweries” şirkəti kassavanın təchizatına nəzarət etmək imkanını, yerli fermerlər isə rəqəmsal ödəmələrə çıxış əldə etmiş olurlar.

“Bu, yerli fermerlərə öz maliyyə xərclərinə nəzarət etmək imkanını verib”, – deyə “AB InBev” şirkətinin texnologiyalar şöbəsinin rəhbəri Tassilo Festetics qeyd edir.

“Blockchain” sisteminin belə formada istifadəsi o qədər uğurlu olmuşdur ki, şirkət hazırda BanQu ilə əməkdaşlığı inkişaf etdirməklə yanaşı, Uqandanın yerli fermerləri ilə işləyir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...