Audi avtomobillərinin yaranma tarixçəsi

0
1019

«AUDİ» Alman avtomobil şirkətidir, Volkswagen qrupunun bir parçasıdır. Şirkətin mərkəzi, Bavariyada yerləşir. Şirkətin keçmişi 1899-cu ilə və Avgust Horcha söykənməkdədir.

Birinci avtomobil şirkətinin əsasını Avqust 1901-ci ildə Kölndə qoydu. Uzun müddət onu öz soyadı əsasında “Horch” adı ilə çalışdırdı. 1909-cu ildə istedadlı Avgust 6 silindrli motor ixtira edir amma bu heç də uğurlu alınmır və şirkətin müflisləşməyinə yol açır. Bu səbəblə Avgust Horch işlədiyi firmadan qovulur və yeni şəxsi firma açmaq qənaətinə gəlir. Adını isə yenə öz adı ilə bağlayır, “Horch” firması.

Onun keçmiş ortaqları, rəqibləri firmanın adının dəyişdirilməsi tələbi ilə və ticarət nişanının qanunsuz istifadəsi üçün Horchu məhkəməyə verirlər. Məhkəmənin qərarına əsasən, avtomobillərin buraxılışı üzrə yeni müəssisə Horch adını daşıya bilməz. Bu səbəblə də Avgust Horch əvvəlki adın latınlaşdırılmış variantına müraciət etdi: Horch sözü, almanca «dinlə» mənasını verir, Latıncadan isə bu audi anlamını verir. Beləliklə, 1909-cu ildə məşhur ticarət markası olan AUDİ doğulur. Yeni şirkətin loqotipi dörd kəsişən üzük oldu.

Bəziləri hesab edirlər ki, AUDI — bu abreviaturadır, hansı ki, «Auto Union Deutschland Ingolstadt» kimi izah edilir — yəni “İnqolştadtın (AFR-da şəhər) Alman Avtoistehsalçılarının Birləşməsi”, amma bu düzgün izah deyil.

1932-ci ildə AUDI markasını DKW, Horch və Wanderer avtomobil firmaları birləşərək meydana gətirmişlər. Avtomobilin emblemində olan dörd halğa da elə məhz birləşmiş olan firmaları təmsil edir. AUDİ adı, firmanın ilk yaradıcısı olan mühəndis Avgust Horch tərəfindən verildi. Avstriyadakı beynəlxalq Alp dağları sürüşlərində (1912 elə 1914 arası) həyəcan oyandıran müvəffəqiyyətləri səbəbiylə markanın adı çox güclü və seçmə olaraq ifadə olunmuşdur. Audi avtomobilinin birinci modeli 4 silindrli 2.6-litrlik mühərrikə malik idi, bunun ardı ilə 3.6 litrlik, sonra 4.7 və 5.7 litrlik modellər icad olundu. Bu avtomobillər yalnız istehlaklar kimi istifadə olunmurdu, idman tədbirlərində də tamamilə müvəffəqiyyətlə iştirak edirdilər. İlk 6 silindrli avtomobil isə 1924-cü ildə ölkəyə təqdim olundu.

1997-ci ildə dünyada aliminiumdan hazırlanmış ilk avtomobilini təqdim edən Audi, A8 modeli ilə zirvələrə qalxdı. 90-ci illərin ortasında yeni silsilələrini bazara sürən Audi dünyanın ən keyfiyyətli avtomobilləri arasında yerini aldı. 2000-ci ildə 24 saatlıq Le Mans yarışını 4 dəfə ard arda qazanan Audi 2003-cu ildə VW qrupunun başqa bir modeli ilə Audi heyəti və Bentley modeli altında da bu müvəffəqiyyətə imza atdı.

AUDİ

Keçən 40 il içərisində Audi yüksək gücə sahib bir çox model təqdim etdi. 1980-cı ildə bazara təqdim edilən məşhur «Quattro» modeli, İngilis istehsalçı Jensenin 1966-cı ildə çıxardığı FF modelidən bəri dünyada ilk dəfə çıxarılan 4 silindirli minik vasitəsidir. Bu model 5 silindrli turbo motorlu, coupe quruluşlu bir idman avtomobil idi. Ayrıca bu model rallilərə qatılaraq yarışlarda yeni ralli cığırı açdı. Audi bu addımıyla texnologiyada zirvəyə oturdu. Bu texnologiya daha sonra dünyanın bütün avtomobil şirkətləri tərəfindən istifadə edildi. Audi 80 modeli ilə birgə, bütün modellər «Quattro» xüsusiyyətini qazandı. Audi 1986-cı ildə «baba avtomobili» imicinə sahib olsa da 1991-ci ildə edilən makiyaj işiylə unudulmaz dizaynla bazara təqdim edildi. Bu model bazara bomba kimi düşdü və olduqca yaxşı satış rəqəmlərinə nail oldu.

«AUDİ» hazırda dünyanın ən güclü, ən etibarlı, ən qiymətli maşını hesab edilir. Və bütün dünya bazarlarına çıxarılır.

fed.az