“ATV PLUS” 1 milyon kapitalla şirkətə çevrilib

1
1089

Vergilər Nazirliyi “ATV PLUS” MMC-ni dövlət qeydiyyatına alıb.

Yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 74, nizamnamə kapitalı 1 040 000 manat, qanuni təmsilçisi isə Şamil Əli oğlu Səfiyevdir.

Xatırladaq ki, Ş.Səfiyev 1997-2001-ci illərdə Azərbaycanda fəaliyyət göstərmiş “ABA” televiziya kanalının maliyyə departamentinin direktoru olub.

© Report

1 COMMENT