Artıq dünyasını dəyişmiş qohumlarla əlaqə qurmaq mümkün olacaq

Date:

Paylaş:

Hindistandan olan bir qrup tərtibatçı xüsusi bir proqram layihəsinə imza atıb. Belə ki, onun köməyi ilə artıq dünyasını dəyişmiş qohumlarla ünsiyyət qurmaq mümkün olacaq. Məhsul süni zəkanın əsasında hazırlanıb. Kompyuter ölmüş şəxsin 3-ölçülü rəqəmsal avatar-surətini yaradır.

Alət, ölən qohumun danışıq tərzi və xüsusiyyətlərini tam şəkildə təqlid etmək qabiliyytinə malikdir. Bundan başqa, kompyuter tərəfindən yaradılan avatar danışa da bilir.

Bu məqsədlə şəxs haqqında olan məlumatların toplanması və təhlili aparılır. Bu bazaya sosial şəbəkələrdən yazılar da daxildir.

Bu ünsiyyət sosial şəbəkənin xüsusi versiyasında yazışma vasitəsilə baş tutacaq.

Hind alimləri, gələcəkdə belə bir proqramı insan-robota da tətbiq edə biləcəklərinə ümid edirlər. Tərtibatçılar etik nöqteyi-nəzərdən yarana biləcək iddiaları nəzərə alıblar və buna görə də vəziyyəti gözə alaraq bildirirlər ki, bu proqramlarını yalnız bir məqsədlə yaradıblar – insanların kədərinə şərik olmaq.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...