Əsas səhifə Startup Artıq bütün tələbələr üçün vahid platforma mövcuddur – Buqələmun

Artıq bütün tələbələr üçün vahid platforma mövcuddur – Buqələmun

263
Paylaş

Bütün tələbələrin istifadə edə biləcəyi yeni platforma – “Buqələmun” startapı Bakutel-2019 sərgisində nümayiş olunur.

Startapçı Nurlan Umarov bildirib ki, “Buqələmun” gələcəkdə qlobal olmağı qarşısına məqsəd qoymuş tələbə platformasıdır: “Layihənin əsas məqsədi tələbələrin məlumat əlçatarlığını və vaxtın produktivliyini artırmaqdır. Tələbələr platformadan iş elanları, vakansiyalar, təcrübə proqramları, xaricdə təhsil haqqında məlumatlar ala və elektron kitabxanadan istifadə edə bilərlər. Platformaya daxil edilən kitabların siyahısı isə redaktorlar tərəfindən tərtib olunur”.

Layihə rəhbəri N.Umarov bildirdi ki, tələbələrin öz rəylərini və problemlərini paylaşmaq imkanları da var: “Bunun üçün platformanın daxili qeydiyyatından keçmək kifayətdir. Bundan başqa, layihəyə başqa funksiyalar da əlavə ediləcək”.

“Nəyə görə məhz “Buqələmun”? sualına isə N.Umarov belə cavab verdi: “Bu platformada ixtisaslaşma olmadığına və bütün tələbələrə uyğunlaşdığına görə layihəni “Buqələmun” adlandırmışıq”.