Artıq Bakıda telefonla ödəniş mümkün olacaq

Date:

Paylaş:

Bu ilin ortalarına Bakının iri ticarət obyektlərində alış-veriş edərkən mobil telefon vasitəsilə təmassız ödəniş texnologiyasından istifadə etmək mümkün olacaq. Bu barədə Məlumat Hesablama Mərkəzindən (MHM) bildirilib.

MHM-dən qeyd ediblər ki, hazırda bu istiqamətdə aparılan bəzi texniki işlər artıq tamamlanıb: “Təmassız ödənişləri mobil telefonda quraşdırılan “SmartPay” əlavəsi vasitəsilə aparmaq mümkün olacaq”.

Qeyd edək ki, ilkin olaraq bu yenilik Naxçıvan Muxtar Respublikasında sınaqdan keçirilib.

Ümumilikdə, “SmartPay” ödəniş sistemi kommunal, stasionar və mobil telefoniya, internet, kabel televiziyası və digər xidmətlərin ödənişləri üçün nəzərdə tutulub. Hazırda ölkə üzrə “SmartPay” ödəmə nöqtələrinin sayı 2 mindən artıqdır ki, onların 1,1 mini poçt şöbələrinin payına düşür. “SmartPay” terminalların (köşklərin) ümumi sayı 50-dən çoxdur.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...