Müəmmalı avtomobil

Date:

Paylaş:

Adətən avtomobil şirkətləri perspektiv modellərin prototiplərini nümayiş etdirərək, marka həvəskarlarını gələcək seriya modelinə olan reaksiyasını yoxlamağa üstünlük verirlər. Sən demə elə hallar da olur ki, avtomobil hazırlanır, lakin istehsalçı sanki onun mövcudluğu barədə heç nə bilmir.

Belə avtomobillərdən biri bir neçə ildir ki, Yaponiyanı dolaşan Toyota La Coupe modelidir. Keçən il Ginza Sony parkda nümayiş etdirilmiş kupe, bir neçə həftə bundan öncə Naosima qəsəbəsində peyda olub. Bununla belə, bu avtomobil haqqında heç bir rəsmi məlumat verilməyib.

Bu günlərdə işə qarışan Carscoops nəşrinin jurnalistləri nəhayət ki, La Coupe barədə məlumat əldə ediblər. Yapon şirkətinin Şimali Amerika ofisindən verilən məlumatda avtomobilin yaponlara nümayiş etdirilmək üçün yeganə nüsxədə inşa edildiyi və şou xarakteri daşıdığını bildiriblər. Avtomobilin seriya istehsalı nəzərdə tutulmayıb.

Lakin, yaponların nəzərə almadığı bir cəhət var – kupe şou-kar üçün çox yaxşı hazırlanıbdır. Üstəlik, onun patenti də qeydə alınıb. Doğrudur, yaponlar bunu şoukarı rəsmi olaraq göstərmək üçün etdiklərini bildiriblər. Avtomobilin hibrid qurğu ilə təchiz ediliyi barədə mavi loqotip, cihazlar panelindəki benzin və batareyanın səviyyəsinin göstəriciləri işarə edir. Daha bir maraqlı cəhəti onun sükanının solda yerləşməsidir.

 
 
 
 
 
 
 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...