Əsas səhifə Biznes sahələri Texnologiya Apple xidmət mərkəzləri “iPhone qıtlığı” yaşayır

Apple xidmət mərkəzləri “iPhone qıtlığı” yaşayır

21
Paylaş

“Apple” şirkəti öz xidmət mərkəzlərinə xarab olmuş smartfonların əvəzinə verilən iPhone-ların say azlığı barədə xəbərdarlıq edib. Texniki dəstək şöbəsinin əməkdaşları cihazlar üçün detalların çatışmamasından da şikayət ediblər.

“Apple” şirkətində təchizatla bağlı bu problem koronavirus səbəbindən özünü göstərib.

Problemdən çıxış yolu kimi şirkətin xidmət mərkəzləri əməkdaşlarına tövsiyə olunub ki, müştərilərə poçtla başqa smartfon göndərsinlər və ya onu müvəqqəti olaraq digər mövcud bir cihazla əvəzləsinlər.

Qeyd edək ki, istifadəçi Apple mağazasına zədələnmiş iPhone gətirəndə şirkət onun ekran və ya kamera kimi ayrı-ayrı detallarını dəyişə bilir. Cihazı təmir etmək mümkün olmadıqda isə Apple şirkəti onun əvəzinə analoji iPhone modelini müştəriyə təqdim edir.