“Apple” videokontentə 4,2 milyard $ xərcləyəcək

1
866

“Apple” korporasiyası “Apple Music” əlavəsinin, həmçinin öz kontentinin inkişafı üçün 4 milyard dollardan çox vəsait xərcləmək qərarına gəlib.

Bu barədə analitik Cin Manster məlumat verib.

Onun sözlərinə görə, “Apple”in xərcləri artmaqda davam edəcək. Növbəti 2-3 il ərzində korporasiya “Apple Music” musiqili xidmətinin rebrendinqini aparacaq ki, bu da istifadəçilərə videokontentdən ayda cəmi 10 dollar ödəməklə istifadə etməyə imkan verəcək. Belə ki, “Apple” yeni şou, seriallar, həmçinin filmlərin alınması üçün 4,2 milyard dollar xərcləyəcək.

Mümkündür ki, yaxın gələcəkdə korporasiya xərclərin miqyasına görə rəqiblərini qabaqlayacaq. Qeyd etmək lazımdır ki, “Amazon” və “Netflix” kimi nəhənglər təxminən 2 dəfədən çox vəsait xərcləməyə hazırlaşırlar.

Xatırladaq ki, “Apple” bütün dünyada populyar korporasiyadır. Şirkət kompüter, telefon, audiopleyer, həmçinin proqram təminatı istehsalı ilə məşğul olur.

©lent.az

1 COMMENT