Apple və Goldman Sachs birlikdə kredit kartı buraxacaqlar

Date:

Paylaş:

Apple və ABŞ-ın investisiya bankı Goldman Sachs, birgə kredit kartı buraxmağı planlaşdırırlar. Bu haqda mənbələrə istinadən The Wall Street Journal qəzeti xəbər verir.

“Apple” və “Goldman Sachs Group”, bu ilin yazında birgə kredit kartı buraxmağı planlaşdırırlar. Bu barədə Wall Street Journal-ın məlumatında bildirilir. Yeni buraxılmış kartlar vasitəsilə iPhone istifadəçiləri, maliyyə idarəsi sahəsində yeni funksiyalardan yararlanmaq imkanını alacaqlar.

Şirkətlərin işçiləri yaxın bir neçə həftə ərzində yeni kartı test etməyə başlayacaqlar, rəsmi olaraq isə kart bu il də təqdim olunacaq. Şirkətlər, Apple Wallet tətbiqində istifadəçilərə əlavə xidmətlər təklif edərək, kart sahiblərini cəlb etməyi düşünülər.

Yeni kart Mastercard Inc. ödəniş sistemindən istifadə edəcək. Alış-veriş əməliyyatlarının əksəriyyəti üçün, təxminən 2% -ə yaxın “Cashback” funksiyası qüvvədə olacaq.

Apple smartfonlara olan tələbatın aşağı düşməsini kompensasiya etmək üçün xidmətlərini aktiv şəkildə inkişaf etdirir. iPhone satışından əldə edilən gəlirlər bu il əvvəlki ilə nisbətən 15% azalıb, rüblük gəlirlər isə əvvəlki ilə nisbətən 5% azalaraq 84,3 milyard dollar təşkil edib. 2019-cu ilin yanvarında Apple, Çində iPhone satışlarının zəif olması fonunda gəlir proqnozunu 84 milyard dollara endirmişdir.

Şirkətin satışları Avropada (əvvəlki il ilə müqayisədə 21 milyard dollar əvəzinə 20,4 milyard dollar), Yaponiyada (7,2 milyard dollardan 6,9 milyard dollaradək), ən çox isə Çində düşüb. Hesabat dövründə Apple-ın Orta Şərq bazarında əldə etdiyi gəliri təxminən 27% azalaraq 17,9 milyard dollardan 13,1 milyard dollara düşüb.

Lakin analitiklər Apple-in xidmət biznesi sahəsinə ümidlə baxırlar. Ötən maliyyə rübündə tarixdə ilk dəfə xidmətlərin rentabelliyi 10,9 milyard dollara çatıb ki, bu da əvvəlki ilə nisbətən 19% çoxdur. Digər məhsul kateqoriyalarında (Mac kompüterləri, ev cihazları, eləcə də aksessuarlar) müvafiq olaraq 9% və 33% artım göstəriblər, iPad satışlarının rentabelliyi isə 17% artıb.

Şirkət 2020-ci ilədək xidmət təklifindən əldə etdiyi gəlirini 50 milyard dollara qədər artırmağı planlayır.

Bankın Apple ilə birgə buraxmaq niyyətində olduğu  kredit kartı, onun üçün ilk belə bir təcrübə olacaq. Bu layihəyə ayrılan büdcə 200 milyon dollar təşkil edir.

Apple səhmləri cümə axşamı günü hərracda 0,6%, Goldman Sachs bankının qiymətli kağızlarının qiyməti isə 0,8% azalıb.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...