Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri “Apple” ticarət müharibəsi üzündən istehsalının 30%-ni Çindən geri götürməyi planlaşdırır

“Apple” ticarət müharibəsi üzündən istehsalının 30%-ni Çindən geri götürməyi planlaşdırır

140
Paylaş
Apple
Apple

Amerikanın “Apple” şirkəti öz istehsal güclərinin 15-30% -ni ABŞ və Çin arasndakı ticarət müharibəsinə görə Çindən Cənub-Şərqi Asiya ölkələrinə( Vietnam, Malaziya və ya İndoneziya) daşımağı planlaşdırır.

Bu barədə Reuters, “Nikkei” şirkətinin 19 iyunda dərc edilən hesabatına istinadən xəbər verib.

Qeyd edilir ki, “Apple”-ın qərarı artan risklərlə əlaqədardır. Çində, ölkədə fəaliyyət göstərən və üzərinə sanksiyalar qoyulan amerikan şirkətlərinin “qara siyahı”sı tərtib edilir. Bu “qara siyahı”nı Çin ABŞ-ın “Huawei” şirkətinə qarşı sanksiyalarına cavab olaraq hazırlamaq istəyir.

“Apple” və onun təchizatçıları öz istehsal güclərini  Vietnam, Malaziya, İndoneziya, Hindistan və Meksikaya köçürməyi düşünür. Amma “Apple”-ın “favoritləri” sırasında Hindistan və Vietnam gəlir.

“Apple”-da malların Çindən çıxarılması qərarı hətta Çinlə ABŞ arasında ticarət münasibətləri qaydasına düşsə belə qəbul ediləcək, çünki, şirkət Çində işləməklə qazandığı yüksək risklərə dözmək niyyətində deyil.

“Apple”-ın “Foxconn” təchizatçısı artıq bildirib ki, ABŞ-la Çin arasında  ticarət müharibəsi daha da şiddətləndiyi halda o, öz istehsalını Çindən çıxara bilər.

Eyni zamanda analitiklərin hesablamasına görə, istehsal güclərinin heç olmasa 15%-nin Çindən digər ölkələrə daşınması ən azı 2-3 il çəkə və şirkətə çoxlu zərər yetirə bilər.