ABŞ-ın “Apple” korporasiyası Britaniyanın “Spectral Edge” startapını satın alıb. Startap tərəfindən hazırlanmış texnologiya ABŞ şirkətinin smartfonları ilə çəkilən şəkillərin keyfiyyətini yüksəltməyə imkan verəcək.
Bizplus.az bildirir ki, satınalma haqqında “Bloomberg” nəşri məlumat verib. “Spectral Edge” startapı Şərqi İngiltərə Universitetinin tədqiqatçılar qrupu tərəfindən təsis edilib. Onlar şəkillərin keyfiyyətini yüksəltməyə imkan verən texnologiya hazırlayıblar.
Hələ 2016-cı ildə “TechCrunch” nəşri tərəfindən “Spectral Edge” haqqında məqalədə dərc edilmiş iki fotoşəkilə əsasən demək olar ki, texnologiya şəklin dinamik diapazonunu və rənglərin dolğunluğunu artırmağa kömək edir.