iPhone üçün düzəltdiyi “əldəqayırma aksesuar” ona 170 mln. dollar qazandırır

Date:

Paylaş:

David Barnett adlı keçmiş fəlsəfə müəllimi öz iPhone 3G smartfonundan istifadə zamanı bir sıra problemlərlə üzləşir. Birincisi, onun qulaqcıqları daim bir-birinə dolaşır, ikincisi, telefonu sürüşüb düşür, üçüncüsü isə, telefonu təbii ki, dik şəkildə saxlamaq mümkün olmurdu. Buna görə də o, özünü və 300 mindən çox müştərini belə narahatedici vəziyyətlərdən qurtarmaq qərarına gəlir.

Giriş

Sayt:  popsockets.com.

Başladığı il: 2010-cu il.

Bugünkü biznesi: 2017-ci il ərzində təxminən 170 mln. dollar.

Əməkdaş sayı: 118 nəfər.

Karyerasının başlanğıcında qurucusunun yaşı: təxminən 45.

Qurucunun keçmiş fəaliyyəti: fəlsəfə müəllimi.

Fürsət

Barnett telefonun arxa panelinə iki paltar düyməsi bərkidir və onlara qulaqcıqlarını dolayır. Bununla o, ən qıcıqlandırıcı halların birindən – qulaqcıqların dolaşmasından insanların canını qurtarmış olur.

PopSockets müştərilərinin əksəriyyəti bu aləti “həyatı dəyişdirən” adlandırıblar. Belə ki, o, insanların həyatını asanlaşdırıb.

Hər şey necə başladı?

PopSockets-in qurucusu David Barnett artıq qeyd etdiyimiz kimi fəlsəfə müəllimi olub.

2010-cu ildə Barnett, qulaqcıqlarının daim bir-birinə dolaşmasından artıq təngə gəlir və bu problemi həll etmək istəyir : “ Mən öz iPhone 3G telefonumun arxasına iki böyük paltar düyməsi bərkitdim və qulaqcıqlarımı ehtiyatla onların ətrafına doladım. O vaxtdan qulaqcıqlarım həmişə səliqəli şəkildə telefonumun arxasında qalırlar.

Amma çox heyf, yaxud bəlkə də, xoşbəxtlikdən mən başqa bir problemlə də  üzləşdim: dostlarım və ailəm mənim hazırladığıma güldülər. Sonra, bir neçə ayımı öz ixtiramın üzərində işləməyə həsr etdim – PopSockets tutacağı”.

David təxminən 60 fərqli prototip ərsəyə gətirir.

2012-ci ildə Barnett Kickstarter-də kampaniya təşkil edərək iPhone üçün iki kiçik tutacaqlı örtüyü təqdim edir.

PopSockets-i hazırlamaq üçün Barnett  3D CAD detallar layihələnməsini özü sərbəst şəkildə  öyrənir. O, Kickstarter-də video yerləşdirir. Həmin videoda özü rəqs edə-edə öz ixtirasını nümayiş etdirir.

2012-ci ilin yayında Barnett-in evi meşə yanğınları zamanı yanır. Yanan əmlakına dəyən ziyanın əvəzi qismində ona ödənilən pulun yarısını gələcək PopSockets-ə xərcləyir. Barnett 2014-cü ildə öz qarajında PopSockets-in satışına başlayır. İlk il şirkətin gəliri 240 min dollara çatır.

2014-2015-ci illərdə Barnett dostlarından, tanışlardan və ixtirasının fanatlarından  təxminən 500 min dollara yaxın pul əldə edir.

2014-cü ildə David  30 min tutacaq satır, 2015-ci ildə isə T-Mobile ilə ilk böyük pərakəndə əməliyyat sayəsində onlardan 300 minini satmağa nail olur.

PopSockets LLC-nin gəlirləri 2015-ci ilin ortalarından 2018-ci ilin ortalarına kimi 71,4% artır, o, bu artıma səhmlərsiz nail olur.

Şirkət bugün

PopSockets LLC-nin Marvel, Sanrio, Netflix-in “Çox qəribə işlər” serialı və Warner Bros.-in “Harry Potter” filmlərinin qəhrəmanlarının rəsmləri olan PopSockets-lər satmağa icazəsi var. Onun həmçinin, Pokemon, My Little Pony, Keith Haring, Transformers və NBA ilə də lisenziya razılaşmaları var.

2016-cı ilin iyulunda PopSockets LLC şirkəti YouTube bloggeri Jenna Marbles-lə əməkdaşlığa başlayır və ona it şəkilli PopSockets-lər satır.

PopSockets-in fanatları arasında Gigi Hadid, Jared Leto, Nicole Williams və Serena Williams kimi tanınmışlar var.

Bugün PopSockets Amazon-da, Best Buy-da, Bed Bath & Beyond-da, Target-də, Walmart-da və digər bir sıra mağazalarda satılır.

Şirkət tək bir əməkdaşla Barnett-in özü ilə işə başlayır, amma hal-hazırda onun Boulder-də, Kolorado ştatında, San-Fransiskoda. Finlandiya və Sinqapurda təxminən 120 nəfər işçisi var.

Bugünə kimi 45 milyon məhsul satılıb.

Alıcılar demək olar ki, istənilən dizaynda və  materialda olan PopSockets əldə edə bilirlər. Məsələn, Swarovski qaşlı və ya süni ilan dərisindən (Barnett vegetariandır) tutacaqlar satılır.

Tutacağın qiyməti 15 dollardır, şirkət həm də avtomobillər üçün telefon tutacaqları və plastik kartlar üçün örtüklər satır. Onlar da telefonun arxa panelinə bərkidilir.

PopSockets onlayn-gəlirlərinin 10%-ni artritdən, Parkinson xəstəliyindən, onurğa və beyin  zədələrindən əziyyət çəkənlərə kömək məqsədi ilə ianə edir. Apreldə şirkət Denver-dəki xəstəxana ilə birgə xeyriyyə proqramına başlayır.

Uğurunun sirri

Kickstarter-də buraxdığı kampaniya sayəsində PopSockets-in məhsulunu reklam etməyə ehtiyacı qalmır və bu kiçik ixtiranın çoxlu fanat ordusu olur. Onlar pul qoyurdular və PopSockets-dən dostlarına bəhs edirdilər.

Şirkət daim kino ulduzlarla, bloggerlərlə və idman komandaları ilə rəsmi görüşlər keçirir.

PopSockets-in köməyi ilə hansı komandaya azarkeşlik etdiyini və hansı filmlərə baxmağı xoşladığını göstərmək olar. PopSockets dəbli bir aksesuara çevrildi və onunla selfi çəkdirib İnstagramda yerləşdirmək adi hal aldı.

David Barnett imkanları görürdü. PopSockets məhsulları telefondan istifadə zamanı yaranan üç əsas problemi həll edirlər: onunla qulaqcıqlar artıq bir-birinə dolaşmırlar, tutacaq rahat formada olduğundan telefonu əldə möhkəm tutmaq mümkündür və yerə düşmə riski də azdır. PopSockets smartfonda videoya baxmaq və ya elektron kitab oxumaq üçün altlıq kimi də istifadə oluna bilər.

Onu təkrarlamaq olarmı?

Kickstarter-də kampaniya təşkil etməsi PopSockets-ə çoxlu ilkin səhmlər qazandırır.

PopSockets-in artıq AliExpress-də biri 1,03 AZN-dən başlayan qiymətlərlə analoqları var.

Affiliate Marketing modelini qurmağı yoxlamaq olar. Amma bu, uzunmüddətli uğurlu biznesin qurulması deyil, sadəcə pul qazanma yolu olacaq. PopSockets-in isə əqli mülkiyyət hüququ var, qanunsuz təkrarı yolverilməzdir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...