Financial Times əlaqədar mənbələrə istinadən xəbər verir ki, Apple öz striminq xidmətinin buraxılması ərəfəsində orijinal şou və filmlərin istehsalına 6 milyarddan çox pul xərcləyib.
FT xatırladır ki, şirkət 2017-ci ildə Sony Pictures Television-dan iki nəfəri işə götürüb – videokontent bölməsinə rəhbərlik edən Jamie Erlicht və Zack van Amburgh. İlk il onlara 1 milyard dollar ayrılıb, lakin sonra büdcə artıb və hal-hazırda həmin məbləğ 6 milyard dollardır.
Apple “Səhər şousu”na yüz milyonlarla dollarlar xərcləyib. Qəzet mənbələrinin məlumatına əsasən, bu şounun epizodu Game of Thrones-un eoizodundan bahadır, belə ki, son fəsildə onun qiyməti 15 milyon dollara çatıb.
Öz striminq xidmətini buraxmaq planı barədə Apple, bu ilin martında təqdimat zamanı bildirmişdi. “Səhər şousu”ndan başqa şirkət həmin vaxt “Qəribə hekayələr” serialından yeni epizodlar, “Susam Küçələri”nin yaradıcılarından uşaq şousu, musiqili serial və Oprah Winfrey-dən şoular barədə elan vermişdi.