“CloudMosa” şirkəti zəif qurğular üçün “Puffin OS” adlı yeni mobil əməliyyat sistemi təqdim edib

Date:

Paylaş:

“CloudMosa” şirkəti ucuz (100 dollaradək) və zəif qurğular üçün adaptasiya olunan “Puffin OS” adlı yeni mobil əməliyyat sistemi təqdim edib.

Mütəxəssislərin sözlərinə görə, “Puffin OS” sürətinə görə “Android” əməliyyat sistemini üstələyir. Bu, bütün hesablamaların “bulud” servisinə köçürülməsi və proqramların yaddaşda yer tutmaması ilə izah olunur.

Şirkət nümayəndələrinin sözlərinə görə, yeni əməliyyat sistemi “KaiOS” (Nokia 8110 kimi ucuz düyməli telefonlara quraşdırlır) və sadələşdirilmiş “Android One” və “Go” versiyaları arasında çatışmazlığın aradan qaldırılması üçün nəzərdə tutulub. “Puffin OS” yüksək təhlükəsizliyi təmin edir və proqramların yüklənilməsi və quraşdırılması tələb olunmadığına görə onları tez işə salır.

Rahat iş üçün “bulud” əməliyyat sistemi üçün aşağı sürətli 2.5G (GPRS) bağlantısı kifayət edir. Perspektivli bazarlar kimi tərtibatçılar ilk növbədə mobil internet sürətinin zəif olduğu və əhalisinin əksər hissəsi bahalı smartfon əldə edə bilməyən inkişaf etməkdə olan ölkələri hesab edirlər.

Lakin “Puffin OS” sisteminin istifadəçiləri internet bağlantısı olmadan qurğunun yalnız baza funksiyalarından yararlana biləcəklər.

“Kickstarter” saytında aparılan vəsait toplanışı kampaniyası çərçivəsində “CloudMosa” şirkəti “Puffin OS” sisteminin idarəetməsi ilə işləyən ilk “Puffin OS Phone Founder’s Edition” telefonunun istehsalı üçün 40 min dollar cəlb edib. Mütəxəssislər, həmçinin “bulud” əməliyyat sisteminin artıq buraxılmış “Android” smartfonlarına quraşdırılmasına imkan verən üsulun kəşfi üzərində çalışırlar.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...