Son versiya 2019-cu ilin payızında buraxılmalıdır.
Bu versiyanı təkcə təchizatçılar deyil, istənilən istifadəçi də yükləyə bilər. Bunu TechCrunch yazır.
Şirkət 2019-cu ilin yayı ərzində bir neçə dəfə beta-versiyaları buraxmağı nəzərdə tutub. Nəşrdə qeyd edilir ki, bu mümkün qədər daha çox səhvin düzəldilməsi və 2019-cu ilin payızında olacaq rəsmi buraxılışa qədər istifadəçilərin fikrinin toplanması üçün yaxşı vasitədir.
“Apple” təchizatçılar üçün ikinci beta-versiyanı keçən həftə buraxıb – ictimai beta-versiya ona çox oxşayır, TechCrunch yazır. Bəzi funksiyalar və tətbiqlər işləməyə bilər. İstisna hallarda proqram təminatı cihazı blok edə və onu sıradan çıxara bilər, buna görə də nəşr proqram təminatını ehtiyat cihazda sınaqdan keçirməyi məsləhət görür.
Amerikan təchizatçısı Marco Arment də öz “Twitter” hesbında qeyd edir ki, bu versiyada çoxlu səhlər var. Məsələn, iPad yüklənməyə başlayır, lakin Face ID çox vaxt işləmir.
“Apple” iPhone və iPad üçün mobil yenilənmə sistemini təqdim edib – iOS 13 2019-cu il, iyunun əvvəlləri. Əsas özəllikləri – qara mövzu dəstəyi, iCloud vasitəsilə və ya anonim üçüncü xidmətlərdən istifadəyə icazə, şəkil və videolar üçün daha çox quraşdırma, “Xatırlatma” və “İsmarıc” tətbiqlərinin yenilənməsi və digərləri. “Apple” iPad üçün ayrıca iPadOS əməliyyat sistemini də göstərib.