Əsas səhifə Biznes sahələri Texnologiya “Apple” ABŞ-da Mac Pro istehsal etməyəcək

“Apple” ABŞ-da Mac Pro istehsal etməyəcək

326
Paylaş
Apple
Apple

“Apple” korporasiyası Çinin “Quanta Computer” şirkəti ilə əməkdaşlıq etmək üçün Mac Pro istehsalını ÇXR-ə köçürüb.

Yeni Mac Pro modelləri Şanxay yaxınlğındakı zavodda istehsal olunacaq. İstehsalçını Asiyadan olan digər komponent təchizatçıları ilə yaxınlığa görə seçiblər. Bunun sayəsində Apple ABŞ-da komputerlər istehsalından fərqli olaraq nəqliyyat xərclərini əhəmiyyətli dərəcədə azaldacaq.

Apple istehsalının böyük bir hissəsi Çində yerləşir.ABŞ və ÇXR arasındakı ticarət müharibəsinə görə şirkət ciddi  maliyyə zərəri yaşaya bilər. 2019-cu ilin əvvəlindən bu vaxta kimi ölkələr arasında məhsul dövriyyəsi 14,6% enib.