Yüzillik tarixə malik texnologiya şirkəti iflas etdi

Date:

Paylaş:

Almaniyanın elektron texnikanın istehsalı ilə məşğul olan məşhur “LOEWE” şirkəti iflasa uğrayaraq fəaliyyətini dayandırmaq məcburiyyəti ilə üzləşib.

Almaniyanın Kron şəhərində yerləşən yüzillik tarixə malik şirkətin bu həftənin sonunadək fəaliyyətinə xitam verəcəyi gözlənilir.

Məlumata görə, iflasa səbəb kimi kreditorların şirkətə fəaliyyətin davam etdirilməsi üçün vəsaitlər təqdim etməkdən imtinası qeyd olunur. Bununla belə, “LOEWE” rəhbərliyi şirkəti xilas edəcək investor tapacağına ümid edir. Bu isə 400 əməkdaşın iş yerini saxlamağa imkan verə bilər.

Televizor istehsalında ixtisaslaşan “LOEWE” Cənubi Koreya, Yaponiya və Çin şirkətləri tərəfindən ciddi rəqabət fonunda problemlərlə üzləşməyə başlayıb. Müəssisə mayın əvvəlində iflasın könüllü tanınması üçün məhkəməyə müraciət edib. Bununla bağlı qərarın avqustun 1-də veriləcəyi bildirilir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...