Daily Mail yazır ki, Amerikanın Air Protein şirkıti havadan alternativ ət hazırlayıb. Onu veqanlar belə yeyə biləcək, amma hələ ki, tam satışa çıxarılmayıb.
Bundan qabaq havadan məhsullar hazırlamaq ideyası NASA-ya məxsus olub. Belə ki, 60-cı illərdə NASA karbon qazını qidaya çevirə bilən texnologiya hazırlayıb.
Air Protein texnoloqları isə NASA-nın ilkin konsepsiyasını dəyişib və mikroblara əsas hava komponenləri olan azot, oksigen və karbon qazından un hazırlamağı öyrədiblər. Məhz bu un da əlternativ ət istehsalı üçün əsas olub. Onun hazırlanması prosesində şirkət su və qidalandırıcı mineral vasitələrdən istifadə edir.
Air Protein-də deyirlər ki, süni ətin bir porsiyasının hazırlanmasına bir neçə saat vaxt gedir və pivə və ya yoqurt istehsalı prosesini xatırladır. Şirkət bildirib ki, dad keyfiyyətlərinə görə, “hava” ət adi əti üstələmir.
Qeyd edək ki, istehsalçı öz məhslunu təkcə ət hazırlamaq üçün deyil, həm də sıyıqlar, içkilər və pastalar istehsalı üçün də istifadə etməyi planlaşdırır. Amma hələ ki, bu məhsullardan heç birini almaq olmaz – Air Protein artıq məhsulların kommersiya cəhətdən ən cəlbedici formasının əldə edilməsi üzərində çalışır.