Amerikalı heyvandarlar ət biznesini tərk edirlər

Date:

Paylaş:

Heyvandarlar peşələrini dəyişib tərəvəz məhsulları bazarına daxil olurlar. Onlar bunu ət sənayesinin qeyri-etik və qeyri-ekoloji olmasına görə etmirlər. Belə ki, fermerlər aşağı məvaciblə və digər əmək şərtləri ilə qane deyillər, veqan şirkətlər isə onların istəklərini təmin etməyə hazırdırlar.

Son 20 ildə  Mike Weaver “contract chicken grower” ( müstəqil quşçuluq təsərrüfatı ilə məşğul olan və şirkətlərlə müqavilə əsasında çalışan şəxs) olub. Weaver Braziliyanın Pilgrim’s Pride quşçuluq şirkəti ilə əməkdaşlıq edib. 68 yaşlı fermer 2019-cu ilin yanvarında çətənə (Cannabis sativa) əkməyə başlayıb.

Weaver fermerlərin heyvandarlıqdan tərəvəz məhsulları bazarına keçdikləri kiçik “end factory farming” mütərəqqi hərəkatının iştirakçısı olub. USB ekspertlərinin fikrincə, 2030-cu ilə qədər süni ət bazarı 85 mlrd. dollara çata bilər.

Mercy For Animals heyvanların qorunması beynəlxalq təşkilatının prezidenti Lia Garses Forbes.com-a deyir ki, bu yeni bir hərəkatdır. Aktivist xanım Transfarmation layihəsi sayəsində daha çox fermer cəlb edəcəyinə ümid edir. Layihənin məqsədi heyvandarların “bitki mənşəli istehsalat üçün istifadə olunan mədəniyyətlərə” keçidinə kömək etməkdir.

Forbes.com qeyd edir ki, bəzi fermerlər göbələk və tərəvəzlər əkib-becərirlər və bunun üçün əvvəllər quş bəslənməsi üçün istifadə olunan anbarlardan yararlanırlar.

Bitki tərkibli istehsalat tərəfdarları müxtəlif bazar seqmentindən olan fermerlərə kömək etməyə çalışırlar. Kaliforniyanın Miyoko’s Creamery veqan süd məhsulları şirkəti yerli südçü fermerlərin zavodda iş əldə etmələri üçün Farm Sanctuary qeyri-kommersiya təşkilatı əməkdaşlıq edir.

Weaver isə quşçuluq təsərrüfatını birdəfəlik tərk etdiyini deyib. Məsələ burasında deyil ki, o əti qeyri-etik və ya ətraf mühit üçün zərərli hesab edir, sadəcə o, ona zəhmətinə dəyəcək qədər ədalətli məvacib verməyən korporasiya üçün işləməkdəm artıq bezib: 18 illik fəaliyyəti ərzində onun əməkhaqqını artırmayıblar.

Garses bildirib ki, heyvandarlıqdan uzaq gələcəyə getmək üçün bütün həyatı boyu quşçuluq və ya ət sənayesi ilə məşğul olmuş fermerlər üçün iş yerləri yaratmaq lazımdır. Onlardan bəziləri üçün azadlıq və rahatlıq, digərləri üçünsə təhlükəsizlik və risklərin olmaması əsasdır.

Garsesin sözlərinə görə, bir çox fermerlər “end factory farming” terminini düz başa düşmürlər: “Söhbət, insanların əlindən nə ilə məşğul olmaları ilə bağlı seçimi almaqdan getmir. Bu, mərhəmət üzərində qurulmuş qida sistemi yarada bilmələri üçün fermerlərə azadlığın qaytarılması deməkdir.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...