Amerika alimləri nəhəng modul robotlarını təqdim ediblər

Date:

Paylaş:

Pensilvaniya Universitetinin ModLab layihəsinin araşdırmaçıları yeni növ robotlar təqdim ediblər. Bu robot SMORES-EP adlanan hərəkətli kiçik elementlərdən ibarətdir.

Həmin kiçik cihazların hər tərəfində təkərlər var və onların sayəsində o istənilən istiqamətdə hərəkət edə bilir. Beləcə onlar maqnitlər vasitəsilə bir-birləri ilə birləşirlər.

Hər modulun dörd əlaqələndiricisi var və müvafiq olaraq, iki robot 17 müxtəlif konfiqurasiyada birləşə bilir. Bu da  bir tək nəhəng robot əmələ gətirir.

Lakin hal-hazırda modulun parametrləri ilə bağlı problem yaşanır. Bir quruluşdan digərinə keçməkdən ötrü onlara konstruksiyadakı rollarının nədən ibarət olduğunu bilmək üçün dəqiq hərəkət planı lazımdır. Məsələn, yeriyən robotu əli olan robot halına gətirmək üçün modullar sökülməli və müəyyən edilmiş obrazda quraşdırılmalıdır.

Araşdırmaçılar robotların mövcud olduqları vəziyyətdən lazım olan vəziyyətə keçmələrinin effektiv yolunu hesaba alıblar. Eyni zamanda bəzi konfiqurasiyalar modulların lazımi yerə getmələri və lazım olan mövqeyi tutmalarında bir-birlərinə kömək etmələrini təmin edirlər. Standart robotladan fərqli olaraq bu robotlar daha elastik və rahat uyğunlaşandırlar. Bu isə o deməkdir ki, onlar özlərini təmir edə və şərtlərə uyğunlaşa bilirlər. Bu robotlardan təbii fəlakətlər zamanı, kosmik missiyalarda və ya fiziki imkanları məhdud insanların protezləşdirilməsində istifadə etmək olar.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...