Əsas səhifə Biznes “Amazon”dan serial üçün rekord xərc

“Amazon”dan serial üçün rekord xərc

599
Paylaş

“Üzüklərin hökmdarı” serialı “Amazon” şirkəti üçün ümumilikdə yarım milyard dollara başa gələcək.

İKT.lent.az-ın “GameSpot”a istinadən verdiyi məlumata görə, şirkət bu əsəri ekranlaşdırmaq hüququ əldə etmək üçün 250 milyon dollar ödəyib. İki mövsüm ərzində serialın çəkilişlərinə isə daha 250 milyon dollar sərf olunacaq.

“Amazon”un “Üzüklərin hökmdarı”nı serial şəklində ekranlaşdırmaq niyyəti ötən ilin payızında məlum olub. Şirkət britaniyalı yazıçı Reuel Tolkinin əsəri əsasında serial hazırlayacağını açıqlayıb. “Amazon”un nümayəndəsi Şeron Tal İquado bildirib ki, “Üzüklərin hökmdarı” kitablar və filmlər vasitəsilə bütöv nəsillərin heyranlığını qazanan mədəni fenomendir.

Hələlik layihə barədə hər hansı informasiya verilmir.