Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri “Amazon” yeni çatdırılma dronu təqdim edib

“Amazon” yeni çatdırılma dronu təqdim edib

151
Paylaş
Amazon dron
Amazon dron

“Amazon” özünün yeni Mars dronu barədə açıqlama verib. Aparat “Amazon Prime” mükafa abunəçiliyi üzvləri üçün sürətli çatdırılmanı təmin etməlidir.

“Amazon  Worldwide Consumer”-in baş direktoru Jeff Wilke bildirib ki, “Amazon”, yarım saata müştəriyə 2,3 kq.-a qədər çəkisi olan malı çatdıra və 24 km.-ə qədər məsafədə uça bilən  yeni dron hazırlayıb.

O həm də izah edib ki,şirkət süni intellektin inkişafına fəal şəkildə yatırım edir, çünki bu, “Amazon”un pilotsuz təyyarələrinə təhlükəsiz uçuşlar həyata keçirməyə və sifarişləri çatdırmağa imkan verir. Şirkət paralel olaraq, anbarlarda və çatdırılma mərkəzlərində olan malların daşınması və yerbəyer edilməsi üçün istifadə edilən Pegasus və Xanthus rorbotlarını inkişaf etdirir.

Dronların təqdimatı, “Amazon Robotics”-in vitse-prezidenti Brad Porterin Pegasus və Xanthus robotları haqqında bir qədər əvvəlki təqdimatının ardınca oldu. “Amazon” hal-hazırda bu robotları anbarlarda və çatdırılma mərkəzlərindəki paketlərin və inventarların yerlərinin dəyişilməsi və qaydaya salınması üçün istifadə edir. CNBC xəbər verir ki, Porterin sözlərinə görə, yeni Pegasus robotları, “Amazon”un əvvəllər istifadə etdiyi sistemlərlə müqayisədə, paketlərin qeyri-düzgün yerbəyer edilməsinin 50% daha çox qarşısını almağa kömək edib.

Inc. xəbər verib ki, “Amazon” 100 yük təyyarəsi üçün  Prime Air hava limanının inşasına 1,5 milyard dollar yatırım edib. Aprelin sonunda şirkət 3,56 milyard dollar rekord xalis mənfəət hesablayıb.