“Nokia” ən ucuz smartfonlarından birini təqdim edib

Date:

Paylaş:

“Nokia” brendi üzərində hüquq sahibi olan “HMD Global” şirkəti “Nokia 2.2” adlı ən ucuz smartfonlarından birini təqdim edib. Sözügedən aparatın qiymətinin ucuz olmasına baxmayaraq aparatda sifət üzrə blokdan çıxartma imkanı nəzərdə tutulub: bu, dərin təlim texnologiyaları əsasında işləyən alqoritmlərin sayəsində mümkün olub.

Süni intellekt texnologiyaları, həmçinin fotoşəkillərin işlənməsində tətbiq edilir: “Nokia 2.2”nin kamerası bir neçə şəkil seriyası çəkərək sonra onları bir şəkildə birləşdirir və nəticədə çoxsaylı detallara malik daha parlaq şəkil alınır.

Yeni model “HD ” təsvir ölçülü 5,71 düymlük displey və “MediaTek A22” prosessoru ilə təchiz edilib. “Nokia 2.2” aparatı “Android 9 Pie” sisteminin idarəetməsi altında işləyir və “Android Q” yeniləməsini dəstəkləyir. “Android One” proqramı çərçivəsində qurğu əməliyyat sistemi yeniləmələrini 2 il, təhlükəsizlik yeniləmələrini isə 3 il ərzində dəstəkləyəcək.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...