Şirkət Dubay şirkəti bazasında yeni ticarət meydançası açıb.
“Amazon” Yaxın Şərqin elektron ticarət bazarına doğru irəliləyib. Dubaydan 580 milyon dollara “Souq.com” profil şirkətini aldıqdan iki il sonra bu “internet nəhəngi” meydançanı yenidən açır.
CNBC-nin məlumatına görə. Resurs ünvanı “Souq.com”dan Amazon.ae-yə dəyişir. Köhnə linkin açılması zamanı yeni portala yönləndirmə baş verəcək, lakin Səudiyyə Ərəbistanı və Misir sakinlrəi üçün köhnə ünvan hələ də işlək olacaq.
“Amazon” üçün yeni olan Yaxın Şərq bazarına ünvanlanan məktubda deyilir: “ Biz fəxrlə bildiririk ki, indi biz Amazon.ae-yik.
Yanvarda Yaxın Şərqdə tanınan yeni meydançanın istifadəyə verilməsi “Amazon”un beynəlxalq satışının zəifləməsi fonunda baş tutacaq. Son rübdə o, keçən ilin 16,2 milyard dollar göstərən analoji dövrü ilə müqayisədə yalnız 9% artıb.
Yeni resurs “Amazon”u Yaxın Şərq regionunda vahid və tanınan bir brendə çevirəcək. Bu vaxta qədər “Amazon” regionda,2017-ci ildə alınmış “Souq” adı ilə çıxış edib. Yeni meydança “Amazon” (FBA)-nun “Fulfillment”-nə, ana şirkətin çatdırılma xidməti və anabarlarına girişi təmin edir.