Əsas səhifə Biznes sahələri Avtomobil “Toyota” Highlander-in yeni seriyasını nümayiş etdirib

“Toyota” Highlander-in yeni seriyasını nümayiş etdirib

122
Paylaş

“Ford”, “Hyundai” və “Kia”-nin yeni krossover modellərindən sonra “Toyota” da öz yeni modelini təqdim edib. Yeni nəsil Highlander tam təchizatla təmin olunub – kuzovun ən dəbli dizaynından tutmuş ən yeni texnologiya avadanlıqlarına kimi.

Krossoverin dördüncü seriyası ilk dəfə Nyu-York avtosalonuna çıxarılıb. Maşında son illərdə brendin modellərinə məxsus keyfiyyətlərin ən yaxşıları cəm olunub. “Toyota” New Global Architecture (TNGA), yəni, TNGA-K platformasında yaradılan avtomobil qismən Corolla, RAV4, Camry və Avalon modelləri ilə oxşardır. Platforma onda həm benzin mühərriki, həm də enerji mərkəzinin quraşdırılmasını təmin edir.

Baza versiyası 295 hp güclə, 3,5 litr həcmli V6 benzin motoru ilə təchiz olunub. Əlavə Hybrid versiyasının gücü hazırki hibrid krossover nəslindən 306 olmaq əvəzinə, yalnız 240 hp zəifdir. Buna görə də mühərrikin həcmi 2,5 litrdir. Enerji mərkəzi həm tam həm də ayrıca ön təkərli ola bilir.