“Amazon” və “Google” banklara rəqib olacaq

0
702

Rusiya “Sberbank”ının rəhbəri German Qref “Amazon” və “Google”un bankların rəqibinə çevriləcəyini deyib.

lent.az-ın RNS-ə istinadən verdiyi xəbərə görə, G. Qref bankların maliyyə texnologiyalarının inkişafından qorxduğunu etiraf edib. O bildirib ki, texnoloji şirkətlər öz maliyyə platformalarını istifadəyə verərsə, banklarla rəqabətə girə bilər.

G. Qref proqnozlaşdırır ki, “Amazon” və “Google” tezliklə “Amazon Finance” və ya “Google Finance” adı altında şirkətlər qeydiyyatdan keçirəcək: “Bu, artıq gələn il baş verə bilər. Hazırda banklar üçün prioritet texnoloji transformasiya olmalıdır. Banklar sürətlə inkişaf edən qlobal texnoloji şirkətlərdən geri qalır. Banklar ağlayır ki, Silikon vadisində hər gün onların səhər yeməyini yeyirlər. Biz ağlayanlara qoşulmaq istəmirik”.