Şirkət ilk avtomobillərini 2018-ci ilin sonunda təqdim etmişdir.
Amerikanın Rivian şirkəti 2009-cu ildə meydana gəlib. İlkin dövrdə, o, Mainstream Motors adlanıb, 2011-ci ildə isə adını dəyişmişdir. İndi Amerika Birləşmiş Ştatlarında və Londondakı ofisdə 600-dən çox insan işləyir, onlar təkcə maşın deyil, həm də pilotsuz maşınlar üçün sistemlərin inkişaf elətdirilməsi üzərində çalışırlar.
İnvestisiya turunun lideri olmuş Amazon, bu cür yenilikçi dəstəkləməkdən məmnun olduğunu söyləyib. Rivian müstəqil olaraq qalacaq, Amazondan əlavə layihəyə şirkətin mövcud əməkdaşları da sərmayə qoymuşlar. Əməliyyatın digər detalları açıqlanmayıb.
Reuters-in verdiyi məlumata görə, Rivian həmçinin General Motors-a da sərmayə qoymağı planlayır.
Rivian-nın ilk ictimai təqdimatı 2018-ci ilin noyabr ayında keçirilmişdi. Şirkət iki elektrikli avtomobili nümayiş edib: pikap R1T və krossover R1S.