Əsas səhifə Xəbərlər Xarici xəbərlər Almaniyada kriptovalyutalarla bağlı yeni qanun qəbul olunub

Almaniyada kriptovalyutalarla bağlı yeni qanun qəbul olunub

76
Paylaş

Noyabrın 29-u Almaniya Parlamenti tərəfindən yeni qanun layihəsi rəsmən qəbul olunub. O, gələn ildən qüvvəyə minəcək. Yeni qanuna görə, maliyyə institutları artıq bitkoin və digər kriptovalyutaların alış-satışını həyata keçirə biləcək.

Yeni qaydalar Almaniyanın maliyyə qurumlarının səhmlər, istiqrazlar və kriptovalyutalarla bağlı əməliyyatların həyata keçirildiyi onlayn-bank xidmətlərini müştərilərə müvafiq lisenziya ilə təklif etməsini nəzərdə tutur.

Bundan başqa banklar  bu qanunla bitkoin və digər kriptovalyutaları qoruyub saxlamaq imkanı qazanacaqlar.

Qeyd edək ki, gələn ildən alman kriptovalyuta şirkətləri Almaniyanın Federal Maliyyə Nəzarəti Təşkilatının (BaFin) icazəsini almalı olacaqlar.